Mağazada arvadını öldürmək istəyən şəxsə cinayət işi açılıb

Bölmə: Hadisə › ,
Tarix: 15:38 03.12.2025

Bakıda mağazada arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən ər barəsində cinayət işi başlanıb.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Bildirilib ki, dekabrın 2-də Bakının Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq qadının əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

 

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.