Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Bölmə: Sosial › ,
Tarix: 16:06 03.12.2025

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitinin dekabrın 5-i səhərədək davam edəcəyi gözlənilir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.