Ukrayna Milli Təhlükəsizlik Şurasının sədri Brüsseldə Aİ rəsmiləri ilə görüşəcək

Bölmə: Dünya › ,
Tarix: 16:52 03.12.2025

Bu gün Brüsseldə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Avropa ölkələrindən olan həmkarları ilə görüşü keçiriləcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, Brüsseldəki görüşdə Rüstəm Umerov ilə birgə Ukraynanın Baş Qərargahının rəisi Andrey Qnatov iştirak edəcək.