Prezident Ərdoğan Finlandiya Prezidenti Stubb ilə telefon danışığı aparıb
Bölmə: Dünya ›
,
Tarix: 20:30 03.12.2025
Prezident Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon vasitəsilə əlaqə saxlayıb. Prezidentlikdən verilən məlumata görə, tərəflər ikitərəfli münasibətlər, regional inkişaflar və qlobal prosesləri müzakirə ediblər.
Ərdoğan görüş zamanı Türkiyə–Finlandiya əlaqələrinin inkişaf etdiyini, xüsusilə ticarət həcmini artırmaq üçün iki ölkənin qarşılıqlı səylər göstərdiyini bildirib. O, atılacaq yeni addımların əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb. Türkiyə Prezidentinin sözlərinə görə, Ankara Ukrayna ilə Rusiya arasında sülh prosesinə töhfə vermək üçün diplomatik səylərini davam etdirir. Ərdoğan İstanbulda aparılmış danışıqların konstruktiv diplomatik zəmin yaratdığını xatırladıb. Qəzzadakı vəziyyətə toxunan Ərdoğan Türkiyənin atəşkəsin təmin olunmasını yaxından izlədiyini, bölgədə qalıcı sülhün yalnız iki dövlətli həll əsasında mümkün ola biləcəyini bildirib. O, Finlandiyanın Fələstin Dövlətini tanımasının Türkiyə tərəfindən müsbət qarşılanacağını qeyd edib.
Sonda Ərdoğan Finlandiyanın 6 dekabr – Müstəqillik Gününü də təbrik edib.
TRT XƏBƏR
Ləman Mahmudlu


