Putin Hindistana gedir

Bölmə: Dünya › ,
Tarix: 20:45 03.12.2025

Rusiya Prezidenti Vladimir Putinin səfəri üçün Yeni Dehlidə beşmərhələli təhlükəsizlik sistemi yaradılıb.


"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, Yeni Dehlidə dronlar və rabitə maneələri də daxil olmaqla, çoxqatlı təhlükəsizlik sistemi qurulub.

 

Hindistanda Rusiya liderinin keçəcəyi bütün yollarda yoxlamalar aparılacaq. Xüsusi olaraq yaradılmış idarəetmə mərkəzi dronlardan istifadə edərək 24 saat müşahidə aparacaq. Snayperlər marşrutlar boyunca növbətçilik edəcəklər.


Putinin təyyarəsi Yeni Dehliyə enən kimi "beşqatlı təhlükəsizlik sistemi" aktivləşdiriləcək.