Avro-2029 qadınlar arasında futbol turniri Almaniyada keçiriləcək

Bölmə: İdman › ,
Tarix: 20:51 03.12.2025

UEFA prezidenti Aleksander Çeferin Almaniyanın 2029-cu il Qadınlar arasında Avropa Çempionatına ev sahibliyi edəcəyini açıqlayıb. Danimarka-İsveç birgə namizədliyi və Polşanın namizədliyi uduzub. İtaliya və Portuqaliya isə namizədliklərini geri çəkiblər. 

 

Almaniya turnirə daha əvvəl 1989 və 2001-ci illərdə ev sahibliyi edib və hər iki dəfə çempion olub. UEFA-nın qərarı öncəsi bir qrup aktivist İsrailin yarışlardan uzaqlaşdırılmasını tələb edən aksiya keçirib.

 

Reuters 

Mələk Nəsirli