Paşinyan: “Kilsə şəffaf və dürüst olmalıdır”
Bölmə: Dünya ›
,
Tarix: 20:19 10.12.2025
Ermənistanın baş naziri Nikol Paşinyan Berlində Almaniyanın Beynəlxalq Münasibətlər Assosiasiyasında keçirilən görüşdə bildirib ki, kilsə ilə bağlı müzakirələr yalnız onun qaydalarına riayət edilməsindən ibarətdir.
“Biz şəffaflıq, hesabatlılıq və AÇK qaydalarına riayət istəyirik. Keşişlər arasında uyğunluq olmalıdır, çünki bəzi hallarda uyğunsuzluq onları xarici təsirlərə açıq edir və kilsəni təsir vasitəsinə çevirir. Kilsənin maliyyəsi, pul axını və xərcləri də aydın olmalıdır. Bəzi rəhbər keşişlər zəngin, bəziləri isə yoxsuldur ki, bu, mənəvi atmosferə zərbə vurur. Biz dəyərlərə əsaslanan cəmiyyət qurmaq istəyirik və bunun üçün kilsə şəffaf olmalıdır”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir həmçinin şəxsi olaraq və hakimiyyətin erməni kilsəsinə qarşı hərəkət etmədiyini qeyd edib:
“Mən AÇK-nın davamçısıyam və Məsihə inanıram. Hökumətimizin 90%-dən çox üzvü AÇK-nın davamçısıdır. Biz istəyirik ki, kilsə uyğun, şəffaf, hesabatlı və dürüst olsun”.


