Moskva ilə məsləhətləşmələr aparılıb
Bölmə: Dünya ›
,
Tarix: 20:37 10.12.2025
Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 8-10 dekabr tarixlərində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəbul edib.
Qeyd olunub ki, məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.


