Türkiyə meşəlik ərazisini ən çox artıran ölkələrdən olub
Bölmə: Dünya ›
,
Tarix: 22:23 10.12.2025
FAO-nun hesabatına görə, 2015–2025-ci illərdə qlobal istiləşmə meşələr üçün ciddi təhdid yaratsa da, Türkiyə meşəlik ərazisini ən çox artıran ölkələrdən biri olub. Çin ildə 1,68 milyon hektar, Rusiya 942 min hektar, Hindistan 191 min hektar, Türkiyə isə hər il 118 min hektar meşəlik sahə artıraraq Avropada birinci, dünyada dördüncü yerə yüksəlib.
Hesabatda həmçinin meşə itkisinə ən çox Braziliya və Afrika ölkələrinin məruz qaldığı bildirilir. Bu bölgələrdə meşə sahələrinin sürətlə azalması qlobal ekosistem üçün ciddi narahatlıq yaradır.
TRT Haber
Cavahir Əsgərbəyli


