Qurban Qurbanovdan məğlubiyyətə ilk reaksiya

Bölmə: İdman › ,
Tarix: 23:46 10.12.2025

Oyundan razı qaldım. Azarkeşlər üçün əsl futbol oldu. Futbolçulara təşəkkür edirəm, sona kimi çəkinmədən mübarizə apardılar.

 

"İnformator.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"a 4-2 hesablı məğlubiyyəti şərh edərkən deyib.

 

"Bu günə kimi qalib gəlmişiksə, yenə də qalib gələ bilərik. Qarşıdakı oyuna yaxşı hazırlamağa, komandanı toparlamağa zamanımız olacaq", - Q.Qurbanov qeyd edib.