Tramp xalqa müraciət edəcək

Bölmə: Dünya › ,
Tarix: 23:56 16.12.2025

ABŞ Prezidenti Donald Tramp dekabrın 17-də (Bakı vaxtı ilə 18 dekabr 06:00) Ağ Evdən xalqa müraciət edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social”da yazıb.

 

“Həmvətənlərim, sabah axşam Şərq vaxtı ilə saat 21:00-da Ağ Evdən canlı olaraq millətə müraciət edəcəyəm. Bu, ölkəmiz üçün əlamətdar bir il oldu və ən yaxşıları hələ qabaqdadır", - deyə Amerika lideri əlavə edib.