Salman İsmayılov : Bərbərlik tək peşə deyil, həm də elmdir

Tarix: 18:15 13.07.2023
Bərbərlik. Yəgin ilk baxışıdan bu sahə sizə sadə peşə kimi gələcək. Amma tələsməyin indi sizinlə bərbərliyin tarixinə qısa ekskurs edəcəyik. Tək deyilik, bu sahəyə illərini vermiş bərbər Salman İsmayılov bizə bələdçilik edəcək.
Salman bəy deyir ki, bərbərliyə peşə kimi baxırlar amma əslində bu peşədən əlavə həm də elmdir. Bərbər təkcə saç və saqqal kəsmir. O fərdi fərdiləşdirir, yəni şəxsə yeni imic verir. Baxaq ki, saç çoxdu biraz kəsib azaldaq, yox. Əslində baxmalıyıq ki, başın quruluşu, saçın tipi nəyə imkan verir?
Saç tipindən danışmışkən Salman bəydən hazırda hansı düzümlərə üstünlük verildiyini soruşuruq. Deyir ki, əslində bütün saç düzümləri keçmişdən gəlir, şahların, imperatorların o vaxtkı saç stilləri tədricən biraz dəyişilərək indikilər yaranıb.
Elə buradan da bir sual yaranır ki, bəs gel, sprey, saça qulluq ləvazimatları əvəzi nə işlədilib? Salman bəy gülür, sonra bizə elə cavab verir ki, təəccünlənməmək əldə deyil. Keçmişdə saçın parlaq görsənməsi və bir formada qalması üçün donuz yağından istifadə edirlərmiş. İkinci dünya müharibəsi zamanı zabitlər saçlarını hamar saxlamaq üçün maşın yağəndan istifadə ediblər. Təssəvvür edə bilirsiniz? Deyəsən elə burda deyiblər, “gözəllik qurban tələb edir”. Müsahibimiz deyir ki, əslində qadın və kişi bərbərləri eyni adamlar olmalıdır. Bir bərbər həm qadın, həm də kişi saç düzümü ilə işləməyi bacarmalıdır. Əvvəllər belə imiş. Sonra ayrılıb, hətta əvvəllər alətlər də, qulluq vasitələri də eyni olub. Qadınlar saçlarını burmaq üçün qaynar dəmiri isidib saçlarını ona dolayırlarmış kişilər isə bığ və saqqalarını onunla formaya salırlarmış. İndi isə bu çox asanlaşıb, düzləçdirici fenlərlə çox qısa zamanda bu işin öhdəsindən gəlinir. Salman bəy bizə stəkanlardan danışır. Amma bu stəkanları adi stəkanlardan fərqləndirən bir məqam var. O vaxt kişilər bığa o qədər dəyər verirmişlər ki, bu stəkanlarda maye qəbul ediblər. Stəkanı xüsusi edən onun bığı islatmaması olub.
Salman bəy bizə deyir ki, bağbanları işlətdiyi kol-kos kəsmək üçün istifadə olunan alətlərdən o vaxtlar saç, saqqal və bığ kəsmək üçün istifadə ediblər.
Müsahibə boyunca o bizi təəccübləndirməyə davam edir. Öyrənirik ki, indi istifadə edib atdığımız birdəfəlik ülgüclər o zaman çoxlu istifadə üçün nəzərdə tutulubmuş. Hətta bu ülgücləri itiləyəcək alət də düzəldilibmiş.
Danışdıqca fərqinə varırıq ki, indi bizə bir market yaxınlığında olan qulluq vasitələri o zaman yox imiş, əvəz edicisi isə daha mürəkkəb vasitələr imiş.
Deyəsən şükr edə-edə müsahibəni sonlandırmağa doğru gedirik. Bərbərimiz son olaraq demək istəyir ki, risklərdən çəkinməyin. Yeni tərzlər yoxlayın sizə yaraşan ən yaxşısını tapana qədər axtarışda olun.