Qazaxıstanda neft və qaz yatağında yanğın baş verib
Bölmə: Hadisə ›
,
Tarix: 17:37 18.01.2026
Qazaxıstanın Atırau vilayətindəki Tengiz neft və qaz yatağında yanğın baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, yanğın Üçüncü Nəsil Zavodunun 52-ci bölməsində, GTG-1 və GTG-2 qaz turbin generatorları arasındakı transformator ərazisində qeydə alınıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb. Bütün işçilər təxliyə edilib.


