Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşıb-Paşinyan

Bölmə: Dünya › ,
Tarix: 22:50 21.01.2026

Ermənistanda dizel yanacağının qiyməti 20% ucuzlaşıb.

 

"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatında deyib.

 

Qeyd edək ki, Azərbaycan 9 yanvarda Ermənistana 2698 ton neft məhsulları (48 vaqon), o cümlədən 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağı göndərib.

 

Bundan öncə isə Azərbaycanın sayəsində benzinin satış qiymətinin 15% aşağı düşdüyü bildirilib.