Türkiyəli sənətçidən dinləyicilərinə sürpriz - Detallar Xəbərdə

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:00 18.09.2023

Türkiyəli sənətçi Emir Can İğrek konsertində dinləyicilərinə sürpriz edib.

 

"Harbiye" açıq hava səhnəsində konsert verən İğrek faciəvi şəkildə vəfat edən dostu Onur Can Özcanın səsi ilə duet oxuyub.

 

İnformator.az xəbər verir ki, onun dostu üçün yazdığı "Can Dostum" mahnısı süni intellekt tərəfindən Onur Can Özcanın səsi ilə ifa olunub.

 

Qeyd edək ki, Onur Can Özcan 1997-ci ildə dünyaya gəlib. İrəliləyən yaşlarında yüksək musiqi bacarıqlarına sahib olan Özcan 2018-ci ildə dostları ilə birlikdə qayıqla üzərkən qəflətən qayıq batıb.
Nəticədə, Onur Can Özcan 21 yaşında suda boğulub.

 

 

Onun cansız bədəni uzun axtarışlar nəticəsində, bir gün sonra tapılıb.

 

Fərahim Rzazadə