Orta Dəhlizin Azərbaycan üçün əhəmiyyəti

Tarix: 21:21 18.09.2023
Danimarikanın tanınmış “Maersk” logistika şirkəti Sakit Okean vasitəsilə ABŞ-a daşıma həyata keçirmək istəyir. Əsas hədəf isə Orta Dəhlizi inkişaf etdirmək və məhz bu marşrutdan gələn malları Çin üzərindən yeni dünya ölkələrinə ötürməkdir.
Bununla da layihəyə qoşulan ölkələr daha çox və daha uzaq məsafələrə yük göndərə biləcəklər. Orta Dəhlizin təşəbbüskarlarından biri olan Azərbaycan üçün də bu, cəlbedicidir. Çünki reallaşarsa, ölkə iqtisadiyyatına təsiri də kifayət qədər olacaq. Bəs burda maraqlı olan tərəflər kimlərdir? Layihə nə zaman start götürə bilər?
Danimarkanın nəqliyyat və logistika şirkəti "Maersk” maraqlı təkliflə çıxış edib. Şirkətin yeni layihəsinə görə Rumıniyadan yola düşəcək yüklər Gürcüstan, Azərbaycan və Qazaxıstandan keçməklə Çinə, ordan da Sakit Okean üzərindən ABŞ-a göndəriləcək. Aralıq dənizi və Avropadakı mühim istehsalçı ölkələr üçün cəlbedici görünən bu layihə Mərkəzi Asiya bazarları üçün mükəmməl nəqliyyat yolu hesab edilir. Çin isə Avropadan gələn yükləri daha tez əldə edəcək. Ümumilikdə ABŞ-a qədər nəzərdə tutulan daşınma prosesi təxminən 40 gün ərzində baş tutacaq. Ekspertlər bildirirlər ki, su yolu ilə yükdaşımaların həyata keçirilməsi quru yollarından daha səmərəlidir.
İqtisadçı Fuad İbrahimov bildirib ki, öhdəsindən gəlmək üçün şaxələnmə prosesi baş verməlidir: Kifayət qədər infrastrukturda elastikliklər baş verməlidir. Zəngəzur dəhlizinin işə düşməsi də çox vacib əmsallardan biridir. Belə olduğu halda dünyanın, əsasən də post pandemiya dövrünün əsas tələblərindən biri istər qiymət əmələ gəlmə baxımından, istər də zaman uduşu baxımından dəhliz orta dəhliz kimi gündəmdə olacaqdır”.
Bu layihədə əsas rolu oynacaq başlıca limanlardan biri isə Gürcüstanın Poti limanıdır. Belə ki, Rumıniyanın Konstansa limanından fider gəmisinə yüklənən yüklər Gürcüstanın Potidəki limanına göndəriləcək. Daha sonra isə quru yol ilə Almatı, Astana, Daşkənd kimi Mərkəzi Asiyanın son nöqtələrinə qədər çatdırılacaq. Bu da dəniz daşımalarındakı əlavə xərcləri azaldacaq.
İqtisadçı Xalid Kərimli məsələyə belə aydınlıq gətirib: “Bosfor boğazının həddən artıq yüklü olması və Qara dənizin Ukrayna-Rusiya müharibəsi fonunda ciddi istiqamətdə təhlükə obyektinə çevrilməsi bu istiqamətdə ölkəmiz üçün baş ağrısıdır. Potidən gələn yüklər daha uzun müddət tələb edir. Eyni zamanda da daha bahalıdır. İsitqamətlər yükləndikcə qiymətləri qalxmasıda müşahidə olunur”.
Təklif olunanlar Orta Dəhlizin təşəbbüskarlarından biri olan Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı iqtisadiyyatını şaxələndirmək və iqtisadi-siyasi dividentləri artırmağı hədəfləyir. Həmçinin bu, Zəngəzur dəhlizinin işə düşməsini də gündəmə gətirir. Gürcüstana paralel olaraq Türkiyənin müxtəlif limanlarından gələn yüklərin Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan da digər ölkələrə, eyni zamanda əksinə daşınmasını təmin edəcək.
Fidan