"AZAL" Karyera Günü" gələcək mütəxəssislər üçün yeni fürsətlər açır

Bölmə: Sosial › ,
Tarix: 22:13 18.09.2023

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) mülki aviasiyada iş perspektivləri haqqında daha çox məlumat təqdim etmək üçün ilk dəfə olaraq “AZAL Karyera Günü” adlı tədbiri uğurla keçirib.

 

Tədbir bir çox tələbə, məzun və aviasiya sahəsində karyera ilə maraqlanan mütəxəssisləri cəlb edib. Onlar AZAL-da vakansiyalar, tələblər və inkişaf imkanları haqqında məlumat əldə ediblər. İştirakçılar, həmçinin öz tərcümeyi-hallarını təqdim edib, aviaşirkətin nümayəndələrindən birbaşa dəyərli məsləhət və tövsiyələr ala biliblər.

 

AZAL-ın İnsan Resursları İdarəsinin rəisi Ellada Alışova bildirib ki, görüşün keçirilməsində əsas məqsədlərdən biri namizədlərin şirkət rəhbərləri ilə birbaşa ünsiyətdə olması, onlara suallarını ünvanlamasıdır.

 

“AZAL Karyera Günü” aviaşirkətin Azərbaycanda mülki aviasiya sahəsinə yeni mütəxəssisləri cəlb etmək və hazırlamaq istəyini əks etdirən unikal platforma hesab olunub. AZAL aktiv şəkildə onlar üçün perspektivlər açmağa və bu sahədə istedadlı işçiləri dəstəkləməyə davam edir.