Həyatın ən xoşbəxt dövrü-Araşdırma

Bölmə: Maraqlı › ,
Tarix: 22:18 11.10.2023

Avropada yerləşən beş universitetin birgə araşdırmasında həyatın ən xoşbəxt dövrü müəyyən edilib.

Tədqiqat Almaniyanın Köln İdman Universiteti, Bochum Ruhr Universiteti, Mainz Yohannes Qutenberq Universiteti, Bern Universiteti və Bazel Universiteti tərəfindən aparılıb.

Araşdırmanın nəticələri Psychology Bulletin jurnalında dərc olunub.

Nəticələrə görə, həyatdan məmnunluq 9-16 yaş arasında azalır, daha sonra 70 yaşa qədər yenidən bir qədər yüksəlir. Bu nöqtədən sonra həyatdan məmnunluq 96 yaşa qədər yenidən azalır.

Sayad Qoşnalıyeva
Mənbə:ccntürk