Qəlblərdə əbədi iz qoyan “Zəfər gedişi”-Tələbə yazır
Bölmə: Maraqlı › ,Tarix: 08:06 17.10.2023
Qəlblərdə iz buraxan 44 günlük müharibəni də gördük, qanından özünə köynək tikib zəfər səmasının ən yüksək zirvəsinə yüksələn, cənnət məkanının ən ali məqamını dadan Şəhidlərimizi də gördük..
Bu gözlər nələrə şahid oldu?
Nişanlısının ölümündən sonra intihar edən Mehdi Məmmədovun Mələk Soltanovasını, Vəli Mustafayevin Arzusunu, ərinin cənazəsini çiynində aparan qadını, oğlunun qəbrinə girib "onunla yatmaq istəyirəm" deyən ananı da gördük.
Şəhid balasını bayrağa büküb hönkürən cavan atanı, ürəyindən gözlərinə gələn yolda ürəyinin qəmini fəryadına yoldaş edərək hönkürən balanı, can verəndə "qızım üçün darıxıram" ,- deyən atanı, xəstəxanada can verib Zəngilanda yaralanan ,amma hər bir halda "Vətən sağ olsun !",- deyən əsgəri gördük.
Biz elə o əsgərlərin kiçicik ürəyinə qocaman Azərbaycanı sığışdırdığı sevgisini də gördük.
“Ay ata ,məni buraxma ,ata ",- hıçqırtısıyla döyünən ürəyin qocaman fəryadını, neçə -neçə Poladların möhkəmliyini ,neçə -neçə İlqarların iradəsini ,44 günlük müharibə şəhidlərinə qucaq açan Mübarizələrin əvəzsiz xidmətini gördük.
Bəli...Onların içərisində qəlbimə ən çox təsir edən "112 günün yolcusu" Abdullazadə Həsənağa oldu.
Düz 112 gün sonra torpaqların üstündə gəzən milyonlarla insanın ürəyi üstündə gətirilən o tabut qarşısında Şakir atanın qurban kəsdiyini də gördük. 2 oktyabr gedişiylə qəlblərdə bir sualı qoyub getdi...
Nə idi bu gediş?
Mən isə deyirəm, nə boyda xatirəni, nə boyda izi özündə birləşdirən zəfər idi bu gediş...
Səkinəbəyim Cəfərova