Hər hansı biri, hər hansı biri olmaq

Bölmə: Maraqlı › ,
Tarix: 20:10 23.10.2023

Həyatımızın müxtəlif dönəmlərində bizə "Böyüklərinin sözünü dinlə" deyən biri mütləq olur. Bu, davamlı çalan zəngli saata bənzəyir. Bir şeyləri unutmamamız üçün səslənən xəbərdarlıq bildirişinə.

 

Zəngli saat gözəldir. Unutduqlarımızı xatırladır, bizə istiqamət verir. Lakin bəzən o zəngli saatı yanlış saatda çaldığı üçün dayandırmaq lazımdır. Zəngli saatla "Böyüklərini dinlə" deyənlərin yanlışı da, məncə, məhz buradadır. Çünki insan daima bir şeylər öyrənir, ərafını bürüyən tonlarla informasiyadan istifadə edir. İnsan dəyişir, yaşayışı, mühiti, tərzi, dünyası da onunla birlikdə dəyişə bilir.

 

Dəyişmək pisdirmi? Əsla?!

 

Hər hansı biri "Dəyişirsən" dediyində insanın düşünməli olduğu nöqtə də elə budur. O nə üçün dəyişir? Bu dəyişmə onun yararınadır, yoxsa ziyanına? Dəyişməsə, başına nələr gələ bilərdi?

 

Hər zaman ehtimallarla yaşayacaq deyilik, ancaq bəzən bunlara da nəzər salmaq lazımdır. Çox düşünmək yerinə gərəkli şeyləri bir qədər, qədərində düşünməliyik. İnsan ömrü düşünmədən, qərar vermədən davam edə bilərmi? Nə qədər davam edə bilər ki? Çox olacağını sanmıram.

 

Düşündüyünüz müddətdə hər hansı biri olmağı da bacarın. Dostunuz, yoldaşınız, işçiniz, bəlkə, müdiriniz, yaxud elə ən yaxınlarınız, ailəniz.

 

Onlar olun. Lazım gəldikdə hər hansı biri olun, onlar olun, siz olmayın.

 

Düşünmədən insan ömrü keçərmi? Başqalarını anlamadan, "Özümə fokuslanmışam" samanı altından eqoistliyi yeritmək nə dərəcədə doğrudur? Və burada söhbət gedən fokus müsbət inkişaf deyil, əmin olun.

 

Böyüklərinizi dinləyin, amma özünüz də emosianal olaraq böyük olmağı bacarın. Çünki insanı insan edən budur. Yoxsa hər hansı biri olarsınız, böyük, yaxud kiçik, amma yaxşı mənada yox.

 

-Çap materialının yanında oluşundan bəlli olur, necə oxuyan olduğu.

 

-Əsas olan beynimizdə oluşudur sanmışdım, əlimizdə yox.. .

 

-Aha, o da doğrudur.

 

Aydan Qasımova

Şəklin mənbəyi: https://pin.it/5XGYjQe