“Dəhşətlər Atası”-Stephen King

Bölmə: Maraqlı › ,
Tarix: 19:26 06.11.2023

Ədəbiyyat sahəsində qorxu növünü dirçəltmək, dramı oxuculara iliklərinə kimi yaşatmaq...

 

Əsərlərini oxuduğumuz zaman özümüzü gərgin hadisənin tam ortasında, sanki olayın əsas iştirakçısı kimi hiss edirik. Yaratdığı obrazın vücuduna bürünürük bir növ.

 

Bütün bunları oxucuya dərinlikləri və incəlikləri ilə daddırmaq hər yazıçının öhdəsindən gələcəyi bir məsələ deyil. Əsərləri müxtəlif rejissorlar tərəfindən “Bəyaz Pərdə”yə yansıdılıb.

 

Əsas zirvə özəlliklərindən biri də odur ki, hələ də yazıb-yaradaraq geniş auditoriyasına öz təsirini edir. 20-21. yüzilliyin “Fantastika”, ”Elmi Fantastika”, ”Qorxu”, “Gərilim” janrının ustadıdır o.

 

Stephen King,tam adıyla Stephen Edwin King, 21sentyabr 1947-ci ildə ABŞ’ın Maine ştatının Portland şəhərində anadan olub. İkinci Dünya Müharibəsindən qayıdıb elektrikli süpürgə satan atası Donald Edwin King, İndianada Pollock soyadıyla doğulub. Lakin yetkinlik yaşına çatdıqda soyadını King olaraq dəyişdirib.

 

Stephen’in anası Nellie Ruth King’dir.King’in valideynləri 23 iyul 1939-cu ildə Maine ştatının Scarborough əyalətində ailə qurub. Beləcə Stephen King kimi əfsanə şəxs dünyaga gəlib. Uşaqlığı çox çətin şəraitdə keçib. Atası hələ King 2 yaşındaykən ailəsini tərk edib. Uşaqlığı valideynlərinin ayrı olması səbəbiylə Portland Maine ilə Fort Wayne aralığında keçib.

 

1958-ci ildə anası və qardaşıyla birlikdə Durham’a köçüblər. İlk hekayələrini 1963-cü ildə 16 yaşında olarkən yazmağa başlayıb.1966-cı ildə təqaüd proqramıyla Maine Universitetinə daxil olub. 1970-ci ildə isə həmin universitetdən məzun olub. Qısa hekayələr yazarkən eyni zamanda müəllimlik edib, süpürgəçi işləyərək maddi keçimini qarşılamağa çalışıb.

 

Telekinetik güclərə sahib olan qızdan bəhs edən, həmçinin ilk romanı “Carrie” 1974-cü ildə işıq üzü görüb.(1976 və 2013-cü ildə film sektoruna yansıdılıb). İlk romanı olan “Carrie” Stephen’in qorxunu,fantastikanı, dəhşəti,elmi-fantastikanı sintez etdiyi romanların öncüsü olub. Bu növ əsərləri arasında “Qorxu Şəbəkəsi” (1975; TV mini seriyal; 1979 və 2004); “Parıltı” (1977; film 1980; mini seriyal 1997); “Kürsü” (1978; mini seriyal 1994 və 2020–21); “Ölü Bölgə” (1979; film 1983; TV seriyalı; 2002–2007); “Yanğınbaşladan” (1980; film 1984); “Cujo” (1981; filmi 1983); “Qaçan Adam” (1982; filmi 1987);” Christine” (1983; filmi 1983); “Tiner” (1984; filmi 1996); “O” (1986; mini seriyal 1990; filmlər 2017 və 2019);”Səfalət” (1987; filmi 1990); The “Tommyknockers”(1987; mini seriyal 1993); “Qaranlıq Yarı” (1989; filmi 1993); “Gərəkli Şeylər” (1991; filmi 1993);” Dolores Claiborne “(1993; film 1995); “Yaşıl Mil”(1996;film 1999),“Xəyal Qapanı” (2001; filmi 2003);” Hücrə” (2006); “Lizinin Hekayəsi” (2006; mini seriyal 2021); “Duma Açarı”(2008);” Qübbənin Altında” (2009; TV seriyalı 2013–2015); “22/11/63”(2011; mini seriyal 2016); “Sevinc Diyarı” (2013); “Parıltı”'nın davamıı olan ”Doktor Yuxu”(2013; film 2019); “Canlanma “(2014); “Kənar Adam” (2018; mini seriyal 2020); “İnstitut” (2019); və “Daha Sonra”(2021).

 

Stephen King, içlərində “Qaçan Adam”ın da olduğu bir neçə erkən mərhələdə olan romanı “Richard Bachman” təxəllüsü ilə yayımlayıb. King,”Bachman” olduğunu qəbullandıqdan sonra ilk dörd “Bachman”roman silsiləsi olan “The Bachman Books”u 1985-ci ildə öz adıyla yayımlayıb..

 

Roman silsiləsi, içində “Niyə Bachman Oldum?” məqaləsini də barındırır.Stephen daha sonra “Bachman”təxəllüsüylə “Tənzimləyicilər”(1966) və “Alov”(2007) kitablarını oxucularıyla qovuşdurub. King’in “Cənab Mersedes”(2014),”Kim Tapdısa Onundur”(2015),”Saatın Sonu”(2016),köhnə dedektiv olan Bill Hodges’ə həsr olunan sərt detektiv romanlarından ibarət trilogiyadır. Həmçinin Stephen, ilk hissəsi  “Muşketyor” olan ,1982-ci ildə çıxan “Qara Qüllə” adlı silsilə formasında olan roman da yazıb.

 

2012’də səkkizinci cildi yayımlanıb.Silsilənin kino sektoruna köçürülməsi 2017-ci ildə baş verib. Dahi yazıçı öz əsərlərində silsilə qətllər törədən psixomanyaklardan vampilərə kimi,quduz itlərdən qarabasan və ruhlara kimi hər növ qorxu mövzusunu işləyib. Telekinez, bioloji müharibə,hətta pis niyyətli avtomobil.

 

Sonralar King,”Dolores Claiborne” əsərində çətin vəziyyətlərlə üzləşən  qadın qəhrəmanlarının kəskin və eyni zamanda təfərrüatlı psixoloji portretlərini təqdim etmək üçün qorxu janrından uzaqlaşdı. Bəzən dissiplinsiz və nəzakətsiz adlandırılaraq aşağılansa da,dahinin əsərlərində real detallar ehtiva edən,əsaslı nağıletmə və hadisə sintezi daşıyan,oxucunu hadisənin əsas iştirakçısına çevirən mükəmməl əsərlərə həyat verəndir “Dəhşətlər Atası”.Əsərləri əsasən siyasət və texnologiyanın insan yaşamını pozma və hətta yoxetmə mövzularını işləyir.

 

King’in əsərlərindən bir çoxunun film və seriyal adaptasiyaları yaradılıb və onları John Carpenter, David Cronenberg, Brian De Palma, Stanley Kubrick və Rob Reiner kimi əvəzolunmaz,görkəmli rejissorlar ərsəyə gətirib.King’in film proyektlərinə çox az miqdarda qatılımı olsa da(idarəetmə baxımından),“Parıltı”mini tv şousu(1997) və “Lizinin Hekayəsi”ni (2021) yazıb.Bütün keçmiş və davamedən yaradıcılığı vahid yazıya sığdırılmayacaq qədər əsaslı şəxsdir Stephen King.

 

Yaradıcılığının ən azından çox cüzi hissəsi də olsa hər kəs tərəfindən öyrənilməli insandır qorxu ustadımız.

 

Əli Məmmədli