"Tarixi və şərəfli missiyanın cəsur sərkərdəsi İlham Əliyev" - Mikayıl Mirzəzadə yazır...

Bölmə: Maraqlı › ,
Tarix: 09:57 08.11.2023

Tarixi və şərəfli missiya böyük uğurla, fəxarətlə başa çatdı.

 

Məruzə edir: Ali Baş Komandan İlham Əliyev!

 

Xankəndidə başlayan alovlu mübarizə 30 il sonra yenidən burada sonlandı. Amma bu dəfə tam fərqli mənzərədə.

 

Minlərlə şəhidin qanı bahasına Şuşada, Xankəndidə, Xocalı və digər müqəddəs, əzəli Azərbaycan torpaqlarında daim uca, yaşar milli qürurumuz, kimliyimiz, amalımız - Üçrəngli Bayrağımız böyük iftixarla dalğalanır.

 

Heydər Əliyevin uzaqgörən siyasətinin dönməz əsgəri və hərbçisi Cənab Prezident İlham Əliyevin dönməz və mərd diplomatiyası nəinki ermənilərə, hətta erməni havadarlarına, dəstəkçilərinə, bütövlükdə dünya miqyasındakı düşmənlərə tarixi dərs keçdi.

 

20 il öncə xalq cəsur, şücaətli, ağıllı prezidenti seçdiyini bu gün daha da dərindən anlayır və qürur duyur.

 

Milli təəssübkeşlik hissi, xalqa bağlılıq, nümunəvi Azərbaycan modeli İlham Əliyevin timsalında dünyaya uğurla nümayiş etdirildi.

 

90-cı illərin sonunda Ulu Öndər Heydər Əliyevin Naxçıvanda Ermənistanın keçmiç prezidenti, Xocalı qatili Robert Köçəryanla görüşü zamanı İlham Əliyevin iti, qətiyyətli və inadkar baxışları, duruşu gələcəkdən xəbər verən ən mühüm ünsürlərdən biri idi.

 

Əslində, zənnimcə, ata vəsiyyətini böyük qürur hissi ilə sonacan yerinə yetirən Xalqın Sərkərdəsi üçün bu proses tamamilə çətin və şərəfli idi.

 

Nəhayət ki, Cənab Prezident İlham Əliyevin başçılığı, Azərbaycan əsgərinin mərdliyi ilə biz namus borcumuzu yerinə yetirdik.

 

Bu gün işğaldan azad edilən hər qarış torpaqda yenidən azərbaycanlıların səsinin eşidilməsi, firavan yaşaması BÖYÜK SƏRKƏRDƏNİN xalqa verdiyi vədi doğrultmasıdır.

 

Şuşa, Xocalı, Xankəndi... - Azərbaycanın əvəzedilməz və müqəddəs guşələri.

 

Hamısı azad və müstəqildir.

 

Bu günləri yaşamaq hər bir azərbaycanlının haqqı və hüququdur.

 

Yaşasın Azərbaycan əsgəri, yaşasın bu günləri bizə yaşadan Uca Tanrı və ali vəzifəni müvəffəqiyyətlə yerinə yetirərərək ata vəsiyyətinə sadiq qalan Böyük Sərkərdə, Prezidentimiz Cənab İlham Əliyev!

 

Mikayıl Mirzəzadə