Ədalət bağı, Zəfər yolu...-Südabə Məmmədova yazır

Bölmə: Maraqlı › ,
Tarix: 13:37 08.11.2023

Zəfər nədir?

 

Ey xalqım, bu  5 hərfli sözün məqamı, dərin soy qatları bizə nə deyir?

 

Zəfər - keçmişin, sönməz gələcəyin işığ lampası

 

Zəfər - ər oğullarının sinəsində meydan olan mübariz qalxanı

 

Zəfər - torpağa can verən ərənlərin  azadlıq meydanı

 

Zəfər - zülmətin, əzabın, assılığın bitdiyi an.

 

Zəfər - aləmi özünə döndürən  tək tərəf...

 

Ey millətim,  keçmişə nəzər sal. Canlarını qurban verən öz millətinə. Gör ki, qədimliyi ilə aləmdə yer edib cahana doğan Zəfər adlı Ədalətə.

 

Yer üzündə hey qan töküb, can alan dünya mənimdir deyib sinəsinə döyərək Zəfər deyə bilməz. Yalnız o şəxslər zülmət zümzüməsin carçısı olar.

 

- Ey  canı şirin varlıq, həyatda canından ötə bir varlığın varmı?

 

- Var...

 

- Varlığın  Ana torpağ. Torpaq isə sənin varlığın.

 

Necə də uca şərəfli varlıqlarıq, torpaq uğrunda canımızdan keçib son  məkanımız olan nurlu torpağa qərq oluruq.

 

Bəziləri buna adi, bəziləri isə son məkan kimi baxır, amma bir durub düşünmək lazımdır . Axı son məkana yola salınan zaman hara gedəcəksən? Şərəfinlə, canınla, qanınla qoruduğun, ailənin yaşatdığın ana torpağının ürəyinə. Nə başqa bir məmləkətin, nə də başqa bir millətin yanına, öz  Ana vətəninə…

 

Zəfər Yolu...

 

10 noyabr 2020 - ci il...

Bu təqvim Azərbaycan tarixinin şanlı Qələbəsi olaraq tarixə qızıl hərflərlə 44 günlük Zəfər kimi həkk olundu. Azərbaycan xalqı iki gün əvvəl noyabr 8 - dən qələbəni qeyd etməyə başladı. Noyabrın 10 -u günü bütün xalq ayağa qalxmışdı Zəfərin sədasına.

 

8 noyabr Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən  işğalından azad olunmuş, xalqımızın istək və arzuları artıq real oldu. Yüzlərlər insan əllərində bayraqla, kimisi maşınla, kimisi  piyada, hətta əlil arabasında. Əllərini havaya qaldıraraq sonsuz dualar ilə şükür edən xalqımın bu duyğularını Şbu hisslərini heç bir yazı ifadə edə bilməz.

 

Bir zamanlar həyata göz açdığı, məktəbə getdiyi, cığırlarda, təpələrdə, yamaclarda balaca dostları ilə oynadığı, ailəsi ilə bir süfrədə əyləşib bəh - bəh ilə  yemək yediyi o zamanları, o duyğuları isti-isti xatırlayıb, doğma yurdunun qucağına tələsənlər də oldu...

 

Təsəvvür edirsiniz, hər ili bir ömrə bərabər olan, ürəyimizi dağlayan həsrətlə Şuşasız ölüb - dirilmişik. Bu həsrətin sonu elə bu gün - düşmən işğalından azad edilib öz doğma insanlarına qaytarılan gün idi. Bütöv Azərbaycan xalqının zəfəri böyük, güclü inam və güclü bağ sayəsində oldu. Bu gün ilə Ali Baş Komandan adını tarixə yazdırmış oldu, həmçinin ata vəsiyyətini yerinə yetirmiş. Bu Zəfər yolunda ordumuzun çətinlikləri qar, yağış, isti, soyuq demədən, dağlardan keçib  sıldırım qayaları aşaraq, yorğunluq nədir bilmədən, hətta kialometrlərcə yolu belə piyada getmişdilər.

 

Prezidentimiz - Ali Baş komandanımız siyasət meydanında danışıqlar apararaq, lazım gəldikdə isə siyasət meydanında hər bir dövləti öz dili ilə yerində oturdaraq, gecə-gündüz bilmədən hər anı diqqətlə nəzərdə  saxlayırdı. Xarici jurnalistlər və xaricdən gələn dövlət rəsmiləri ilə danışıqlar zamanı təmkinli, rahat, düşündürücü, necə deyərlər, böhtanlara qarşı cavab atəşi açaraq, qarşı tərəfə əsil güzgünün öz əksini göstərmiş oldu. Azərbaycana gələn bir çox jurnalistdən eşitdiyi yeni böhtanları anındaca tutarlı cavabı ilə rədd etmişdi, dünyaya bir tək dövlət, bir tək millətin uydurmaları ilə göz qapamaları ilə baxmamağı, bütün dünyanın düşmənin əsil simasını, həqiqəti görməyini sağladı.

 

Baxın güclü mübarizə hər iki tərəfdən də gedirdi. Bir tərəfdən düşmən təxribat törədərək xalqımıza içdən atəşlər açır, cəlladlıq edənlərə qarşı ordumuz cavab atəşi açırdı. Digər tərəfdən, təxribatçıların özünü dünya dövlətlərinə məsum, acınacaqlı tanıdıb məkirli siyasətində onlardan bir dirək (silah) kimi istifadə etməsi, bütün bunları Azərbaycana bir silah kimi doğrultması - bunların hamısını samballı, düşündürücü siyasəti ilə Ali Baş Komandamız cavab atəşi ilə susdurdu.

 

Xalqımızın coşğusu, dəstəyi ordumuzu ruhlandırmış, onların gücünə güc qatmışdır. Bizim üçün xalqı üçün şəhid olan, yaralanan, bir sözlə, torpağa axan qanları ilə  azadlığa rəng qatan, can verən xalqın şəhidləri  - qaranlıq zülməti boğan qırmızı çarçılar idilər. Səngərlərə axışan xalqın qarşısını güclə alırdılar.

 

Gəlin bir nəzər salaq çıxışlara, təxribatlara.

 

Erməni vandalları şəhərlərə, kəndlərə günahsız insanların  gecə yatdığı vaxtda raketlər, bombalar ataraq xalqın cəlladı olmasına.  Əsil döyüş meydanda gedər, əsgər əsgərlə döyüşər, qorxaqlıqla və hiyləgərcəsinə günahsızların canı alınmaz, özünə bu yolu haqq bilməz, bu yol yalnız haqqa girər, vəhşiliyi aşar.

 

Bizim ordumuz - yalnız türk xalqımızın siması olan əsil düyüşcülərimiz yalnız meydanda döyüşdülər, nə onların etdiyini etdi, nə də  təxribata yol açdı. Əsil türklüyü dünyaya - göstərdilər, necə zirehli, möhkəm olduqlarını, dünya insaniyyətinə haqqı, ədaləti, düzgün döyüşü göstərdilər.

 

Bütün Türk dünyasının əsil aynası, qürur siması oldular, fəxr edirik Türklüyümüzlə.

Biz Türklər dünyada əsil döyüşü, siyasəti göstərdik, nə təxribat, nə də böhtan bizi zəiflətdi, yolumuzdan döndərdi.

 

Xarici jurnalistlərin Azərbaycan dövlətinə ünvanladığı suallara baxaq:

 

- Suriyadan olan muzdular varmı? (Fake xəbərdir)

 

- Sizin müharibə Marionetlər  müharibəsinə bənzəyir. Qorxmursunuz ki, regionlar arasında müharibə olar?  (xeyr, müharibə yoxdur, bizim müstəqillik bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır).

 

- Siz münaqişədən çıxmaq üçün Ermənistanın baş naziri ilə danışırsınızmı? ( Əvvəl Ermənistan hökuməti mövqeyini dəyişməlidir, “Qarabağ Ermənistandır” deməyi dayandırmalıdır).

 

-Siz kasetli silahların Azərbaycan qüvvələri tərəfindən istifadə olunduğunu inkar edirsiz? ( Bəli, inkar edirəm və sizdən soruşmaq istəyirəm, bu sualı Ermənistan prezidentinə vermisinizmi?)

 

-Həmin vaxt bizdə belə məlumat yox idi ( Məsələ  də elə bundadır ki, siz məndən soruşursunuz. Soruşun ondan. Qoy "Amnesty iİnternational" cavablasın, ondan nə etdiklərini soruşun).

 

- Ermənilər öz kilsələrini atəşə tutmazlar (Bizdə Bakıda erməni kilsəsi var, siz bura gələ və ya kimsə göndərə bilərsiz.  Bizi belə təqdim etmək üçün onların təxribatıdır bu).

 

- Siz Türkiyə istehsalı olan neçə duron cəlb etmisiz? (Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır).

 

- Cənab Prezident bu müharibə qəddarlığına görə tarixə düşüb. Siz tarixdə necə qalmaq isdərdiniz? ( Hər müharibə qəddarlıq, yaxınlarının itirilməsi deməkdir. Fəqr ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq,  Ermənistan üçün isə işğalçılıq müharibəsidir).

 

- Vəziyyət tələb edərsə sizin ölkəniz Rusiya hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmı?  ( Ən əsası onlar harda olacaq? İş onda deyil ki, Azərbaycan razılaşcaqmı, razılaşmayacaqmı?)

 

- Ermənistan desə ki, onlar 5 rayon boşaltmağa hazırdır, siz danışığa getməyə hazır olarsınızmı?  (Azərbaycanın bütün rayonları boşaldılmalıdır).

 

- Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə yerli münaqişənin regional müharbiyə çevrilməsindən qorxmursunuzmu?  ( Əvvəla, Türkiyə əsla  münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair bir dənə də sübut yoxdur).

 

- Mən bildiyimə görə bir nəfər oktyabr ayında sülh tələb etdiyinə görə həbs olunub?  ( Birincisi  həbs olunan şəxs barədə məlumatım yoxdur, sizdə adı varsa deyin mənə). 

 

-Xeyr, məndə adı yoxdur, öyrənərəm (öyrənəndə mənə deyərsiniz).

 

-Nəyə görə Qarabağ  Azərbaycan üçün önəmlidir? Orda resursları var, yoxsa rəmzi məna daşıyır? (Elzas və Latarengiya yoxdur, Bavariya sizin üçün  önəmlidir. Bu, bizim torpağımızdır. Beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Əsas resurslar isə Bakıdadır. Bu isə ədalət, milli qürur məsələsidir).

 

- Bizi burda mənim ölkəmi müzakirə etmək üçün deyilik (Xeyr, gəlin müzakirə edək, ermənilərin burda azda mətbuatın olmayacağı ilə bağlı məni ittiham edmək əvəzinə, gəlin Assanc barədə danışaq).

 

- Münaqişəyə qayıdaq. (Bəli, yaxşı olar münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir, sizin xoşunuza ittiham etmək, hücum etmək gəlir, amma güzgüyə baxın).

 

Baxın, görün necə qalmaqallı yollardan keçmiş bu günə gəlmişik.

 

Qarabağda yaşayan azərbaycanlılara qarşı erməni təcavüzünə haqq qazandırmağa çalışanlar  guya  bu torpaqlar əzəldən erməninindir.  Əlbəttə tarixi faktlar bunun əksini göstərir. 1805 - ci il mayın 14 - də təkcə İbrahim xanla Çar Rusiyasının generalı Kürəkçay müqaviləsini imzalamışdı, elə bunu  xatırlamaq kifayətdir. Azərbaycan torpaqları işğal edilərək ermənilərin başqa torpaqlardan İrəvan və Türkiyədən  köçürülərək bura gətirilməsi. Dünyanın bu anlayış haqda  ümumiyyətlə, geniş icmalda məlumatı yoxdur. O müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, döyüş meydanını maraqla izləyən auditoriya gedib saytlara girib baxacaq və görəcək ki, müqavilədə erməni xalqı haqda bir dənə də kəlmə yoxdur. Çünki erməni xalqı o vaxt orda yox idi.  Kürəkçay, Gülüstan, Türkmənçay, müqaviləsindən sonra gətirildi və məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi.

 

Bax elə yuxarıdakı çıxışların da cavabını tam şəkildə bunlar, yəni tarixi faktlar açır.

 

Prezidentin müraciət ilə "Mən deyəndə ki, biz  tarixi ədaləti bərpa edirik tam haqlıyam".

 

4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilib.

 

Dünya formalaşcdıqca Azərbaycan da öz mövqeyini və qüvvələrini strateji cəhətdən gücləndirəcək!

 

Biz tarixi ədaləti göstərdik. Türk dünyasının Ədalət bağı, Zəfər yolu olduq!

 

Südabə Məmmədova