"Şah və Mat"-Aydan Qasımova yazır

Bölmə: Maraqlı › ,
Tarix: 20:20 09.11.2023

Şahmat oynaya bilmirəm, amma şah və mat nədir çox yaxşı bilirəm.

 

Həyatınızı bir şahmat taxtası kimi düşünün, hər oyunda olduğu kimi yan oyunçuları isə köməkçi kimi. Şahmat taxtasındakı hər daşı irəliləmək üçün istifadə etdiyiniz kimi həyatdakı şahmatın da idarə edicisi olduğunuzu unutmayın.

 

Əgər şah və mata layiq olmadığını düşünürsənsə, çox çətin ki qazanasan.

 

Oyundakı hər daş ilə bağlılığın olmalıdır, bir növ onlarla danışmağı bacarmalısan. Hansı daş çıxmalıdır, hansı daşla davam etməlidir oyun-bunlara sən qərar verməlisən.

 

Ziqzaqları, düz və əyri yolları nəzərdən keçirməlisən. Hər birinin öz rolu var, amma sənin ehtiyacın olan yol hansıdır, anlamalısan.

 

Özünə vaxt da verə bilərsən, daşlara da. Amma unutma. Çox gözləsən, rahat olan zonandan çıxmış sayılmazsan. Çox düşün, lakin çox gözləmə.

 

Hər həmləni düşünərək etdikdən sonrasını dərd etmə. Əgər düşünərək etmisənsə, problem yoxdur. Bir şeylər yanlış getsə, yanlış addımlar atılsa belə, sən günahkar sayılmırsan.

 

Çünki bu həyatda ən çox peşman olan insanlar addımlarını düşünmədən atanlardır, bir baxıma öz həyatlarını başqalarına əmanət edənlər.

 

Sənin oyunun necə reallaşdı, necə bitdi bilmirəm, amma oyunu diqqətli oynadınsa, rahat ol.

 

Diqqətlə gedilən yollar insanı uğura aparır, "şah və mat"a

 

Görürsən? Demək ki, şahmatı çox da az bilmirmişəm…

 

Aydan Qasımova