Tibb işçilərinin icbari tibbi sığorta sistemi barədə rəyinin öyrənilməsi məqsədilə Anonim Sorğu keçirilir
Bölmə: Sosial › ,Tarix: 17:57 23.11.2023
Hörmətli tibb işçiləri,
Sorğu USAİD Azərbaycan Missiyasının dəstəklədiyiABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzlə birgə icra olunan “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində baş tutan “Səhiyyədə ictimai iştirakçılıq və icbari tibbi sığorta haqqında maarifləndirmə təşəbbüsləri” adlı fəaliyyətlər sırasında həyata keçirilir.
Diqqətinizə çatdırırıq ki, sorğunun keçirilməsi zamanı anonimlik qorunur. Dəyərli vaxtınızdan beş dəqiqə ayırıb sizdən sorğunu cavablandırmağınızı və sorğuda iştirak edə biləcək şəxslərlə paylaşmağınızı rica edirik.
Sorğunu aşağıda qeyd olunun linkə daxil olmaqla bir dəfə cavablandıra bilərsiniz. https://docs.google.com/forms/d/e/1FAIpQLSeQ9ktCbItBjZ6jsucPEBd-v-vw5k5bq8EjzxCooR8K3yvy1g/viewform?usp=sharing
Sizin rəy və təklifləriniz ITSDA-ya təqdim ediləcək və icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində önəmli töhfəsini verəcək. Fikirləriniz bizim üçün çox dəyərlidir!
Öncədən təşəkkürümüzü bildiririk.
Hörmətlə,
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri,
Ziba Nəbiyeva