Dövlət tərəfindən kiçik siniflər isti yeməklər ilə təmin oluna bilər?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:19 24.11.2023
"Kiçik siniflər və imkanslz ailələrin uşaqları dövlət tərəfindən isti yeməklər ilə təmin olunmalıdır" -məsələ ilğ bağlı deputat İltizamn Yusifov parlamentin plenar iclasında fikirlərini bildirib. Maraqlıdır ki, bu təklif məktəblərdə tətbiq ediləcək?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi İnformator.az ilə fikirlərini bölüşüb. Elçin Əfəndinin fikirlərinə görə, ölkədə 600.000 minə yaxın uşaq təhsil alır.
"Əlbəttə ki, 600.000 minə yaxın nəfərin isti yeməklə təmin olunması çox çətin prosesdir. Həmçinin, həmin qidaların, ərzaqların təhlükəsizliyi daim diqqətdə saxlanılmalıdır. Kimsəsiz və imkansız ailələrin uşaqlarını isti yeməklə təmin etmək digərinə nisbətən daha asan prosesdir. Çünki burada say çoxluğu digərinə nisbətən azdır".
Ekspert vurğulayır ki, bu layihənin dövlət bağçalarına və digər sahələrə tətbiq etmək mümkündür:
"Ancaq kiçik siniflərdə bu prosesi həyata keçirmək mümkün olmayacaq. Bunun üçün məsələyə bir az məntiqlə yanaşmalıyıq".
Fatimə Mustafayeva