Azərbaycanda qışda hava necə olacaq?
Bölmə: Sosial › ,Tarix: 16:52 24.11.2023
"Bu qış Azərbaycanda yağıntının miqdarının normadan çox olacağı, eləcə də soyuq hava şəraitinin olacağı proqnozlaşdırılır".
İnformator.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib.
O bildirib ki, Ümumdünya Meterologiya Təşkilatının fəsillik proqnozuna əsasən Azərbaycanda gələn ilin qış fəslində havanın orta temperaturunun 1 və ya 2 dərəcə yüksək olacağı gözlənilir:
"Nəzərə alsaq ki, qlobal istilər ölkəmizdən də yan keçmir və bu da qışda havanın mülayim keçməsinə təsir göstərir. Hidrometeroloji müşahidə sistemindən aldığımız məlumatların təhlili göstərir ki, havanın temperaturu iqlim normasından yüksək olan illərinin sayı üstünlük təşkil edir".
Sektor müdiri vurğulayıb ki, yanvar və fevral aylarında adətən ən soyuq hava temperaturu müşahidə edilir:
"Qış fəsli ərzində ölkədə sinoptik hava şəraiti soyuq hava kütlələrinin ölkəyə daxil olması ilə xarakterizə edilir. Qışda aşağı temperaturla yanaşı, siklonu soyuq hava bölməsi üçün şimal - qərb küləklərinin xarakterik olduğunu demək olar".