Psixoloji sağlamlığın fiziki sağlamlığa təsirləri-Psixoloq detalları açıqladı

Bölmə: Sosial › ,
Tarix: 11:06 25.11.2023

"Ümumiyyətlə bütün xəstəliklərimizin əsasında bizim psixoloji durumumuz dayanır. Psixoloji sarsıntılarımız, aldığımız travmalar bizim daxili xəstəliklərimizi ortaya çıxarır. Məsələn, əsəb, gərginlik, stress, depressiya ürək xəstəliklərini ortaya çıxarır. Eyni zamanda stress mədədə ağrılar yaradır, bağırsaqda bir sıra problemlərə yol açır”.

 

Bu sözləri informator.az-a açıqlamasında psixoloq Gülnar Orucova söyləyib. Psixoloq alopesiya və vitiliqo kimi xəstəliklərin adını da vurğulayıb.

 

"Alopesiya insanın saçında tala-tala yerlərin tökülməsidir. Vitiliqo isə dəridə bəyaz ləkələrin yaranmasıdır. Bunların hamısı məhz stresslər, qorxular və psixoloji keçirdiyimiz narahatlıqlardan dolayı xəstəliklərdir”.

 

Gülnar Orucova deyir ki, biz hər dəfə əsəbləşəndə qorxu, stress və bu kimi vəziyyətlərimiz yaranır ki, bu bizim sağlamlığımıza, hətta ömrümüzün qısalmasına şərait yaradır.

 

"Məsələn, biz bərk əsəbiləşiriksə, infarkta gətirib çıxara bilir. Bu duyğulardan qaynaqlanan davranışlardır.İnsan psixoloji baxımdan sağlam olması üçün stressə davamlı olmalıdır. Stress günlük həyatımızın bir hissəsidir. Məsələn, mən psixoloqam, mənim həyatımda belə stress ola bilər. Amma biz bu stressə öz davamlılığımı qorumalıyıq. Və bu stressi adi bir hal kimi qəbul etməli və olacaqmış kimi günlük həyatımıza daxil etməliyik”.

 

Aynur Babayeva