Yasəmən çayı necə kəşf edildi?

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:53 07.12.2023

Yasəmən çiçəyindən əldə edilən yasəmən çayı hamı tərəfindən sevilir. Yasəmən çayının insan sağlamlığına faydaları saysız-hesabsızdır. Dünyada yasəmən çayının ən məşhur olduğu ölkə Çin kimi tanınır. Xoş ətri ilə tanınan yasəmən çayı mülayim dada malikdir. Bu xüsusiyyətinə görə, Çində ən məşhur ətirli çaylar arasındadır. Xan sülaləsi dövründə Hindistandan Çinə gətirildiyi düşünülən yasəmən bitkisinin ilk dəfə çayın ətirlənməsi üçün istifadə edildiyi düşünülür. Bir çox insan yasəmən çayının faydaları ilə maraqlanır. 

 

Yasəmən çayının əsasını təşkil edən yasəmən bitkisi dağlarda yetişir. Yasəmən çayının istehsalı üçün ən məşhur yer Çinin Fujian əyalətidir. Bundan əlavə, jasmin çayı Hunan, Jiangsu, Jiangxi, Guangdong, Guangxi və Zhejiang əyalətlərində də istehsal olunur. Çindən başqa Yaponiya və Vyetnam yasəmən çayı istehsalı ilə tanınan ölkələr sırasındadır. Yasəmən bitkisinin yarpaqlarının bir neçə prosesdən keçərək emal edilməsi ilə əldə edilən yasəmən çayı Çində xoş niyyət əlaməti olaraq qonaqlara təqdim edilir. Çində məşhur olsa da, bu gün bütün dünyada tez-tez istehlak edilən çaylar arasındadır. Bunun ən böyük səbəbi yasəmən çayının insan sağlamlığına verdiyi faydalarıdır. Bəs yasəmən çayının faydaları nələrdir? 

 

Tərkibində yüksək miqdarda antioksidant olan yasəmən çayı orqanizmi pis xarici amillərdən qoruyur. Tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirir. Ürək-damar sağlamlığına faydalı olduğu bilinir. Xüsusilə, stresli dövrlərdə içilməsi tövsiyə edilən yasəmən çayı ətri ilə əsəbləri sakitləşdirməkdə çox müvəffəqiyyətlidir. Xolesterin səviyyəsini tarazlaşdırmağa kömək edən yasəmən çayı ürək xəstəliklərinə qarşı da profilaktik xüsusiyyətlərə malikdir. Antibakterial xüsusiyyətlərlə zəngin olan yasəmən çayı qış aylarında orqanizmi soyuqdəymə, qrip kimi xəstəliklərdən qoruyur. Eyni zamanda, qavrayışı və diqqəti yaxşılaşdırır, ayıq qalmağa kömək edir.

 

Fatimə Mustafayeva

Mənbə: Onedio