Hər il yenilənən test topluları -Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:41 11.12.2023
İmtahanlara hazırlanan şagirdlər, abituriyentlər DİM-in tərtib etdiyi test toplularından istifadə edirlər,ancaq hər il yeni qaydalar əlavə olunduğu, bəzi suallar dəyişdirildiyi üçün test topluları ildən ilə dəyişir.
Hər il yeni test toplusu almaq isə bəzi valideynlər üçün maddi çətinlik yaradır.
Təhsil Eksperti Elmin Nurizadə sözügedən məsələ ilə bağlı informator.az- a açıqlama edib.
Ekspert deyir ki, problemin kökü həmin vəsaitlərin DİM tərəfindən hazırlanmasıdır.
"Doğrudur, bir publik-hüquqi şəxs olaraq DİM-in hazırlıq vəsaitlərinin çapı və satışı ilə məşğul olmaq hüquqi vardır. Odur ki, qanun çərçivəsində bu qurumu qətiyyən günahlandırmaq olmaz. Amma funksiya etibari ilə imtahanların həyata keçirilməsi və onun nəticələrinin elan olunmasına məsul qurumun bu imtahanlara hazırlıq prosesi ilə bağlı atdığı bəzi addımlara qəti gərək yoxdur.
DİM imtahanların hazırlıq prosesi ilə bağlı texniki və təşkilati işləri həyata keçirə bilər. Amma DİM-in imtahan öncəsi fəaliyyəti bununla bitmir. Qurum abituriyentlərin yaxşı hazırlaşması və daha yüksək bal toplamaları üçün vəsaitlər hazırlayır, bir növ, onlara öz xidmətini təklif edir".
Ekspert əlavə edir ki, imtahanlara salınan suallar Elm bə Təhsil Nazirliyi tərəfindən təsqilənən məktəb proqramını tam əhatə etməli və proqramdan kənara çlxma hallarına rast gəlinməməlidir.
" Bir sözlə, hər hansı fənn üzrə məktəb dərsliklərini mənimsəmiş abituriyentin əlavə dəstək olmadan ali məktəblərə qəbul olmalıdır. Bizdə isə belə deyil. Təəssüf ki, DİM tərəfindən hazırlanan suallar sanki məktəb proqramındakı mövzulardan xeyli fərqlənir. Bu fərq o dərəcədə artıb ki, yalnız dərslik vəsaitləri ilə hazırlıq həmin sualların öhdəsindən gəlməyə kifayət etmir".
Müsahib qeyd edir ki, qəbul imtahanları bir növ iki proqram əsasında: ənənəvi qəbul proqramı, DİM tərəfindən hazırlanan qəbul proqramı ilə aparılır.
" Təbii ki, DİM qəbul proqramına müdaxilə etmir, amma sualların hazırlanma mexanizmi, forma və məzmunu məktəb dərsliklərini deyil, yalnız Dİm tərəfindən hazırlanan vəsaitləri aktuallaşdırır.
Odur ki, bu gün bütün abituriyentlər məhz həmin hazırlıq və test vəsaitlərini alırlar.
Testlərdəki dəyişikliyə gəlincə isə nazirlik təfəfindən məktəb proqramına dəyişiklik edildikdə avtomatik olaraq bu yenilik özünü test toplularında da göstərməlidir. Nəticədə müəyyən mövzular testlərdən çıxarılır, yeniləri daxil edilir, bir başqaları üzərində iş aparılır və s "
Elmin Nurizadə hesab edir ki, burada itirən isə abituriyent olur.
"O artıq müəyyən tələblərə cavab verə bilməyən vəsaiti yenisi ilə əvəzləməlidir... Bu cür hallar uzun illərdi ki davam edir. Adicə test toplusundakı problem də belə, əsaslı səbəbə söykənir".
Nəzrin Mirzəyeva