Stress və gərginliyin göstəricisi- Dırnaq yemək-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:15 12.12.2023

"Dırnaq yemək uşaqlarda stress və gərginliyin göstəricisidir". Bu sözləri İnformator.az-a açıqlamasında Psixoloq Vəfa Rəşidova Demir deyib. Psixoloqun sözlərinə görə, uşaqlar qorxanda, narahatlıq yaşayanda və bu narahatlığı gizlədəndə bu problem yaşanır.

 

" Uşaqlar qorxanda, stress və narahatlıq yaşayanda, sözlərini deyə bilməyəndə , özlərini ifadə edə bilməyəndə və yaxud müəyyən hadisələri gizlədəndə bu hislər uşağın daxilində yığılır  və  basdırılır. Elə hadisə olur ki, uşaq onu gizlədir. O hadisə ki, əslində onu  danışmalıdır amma valideynlərin qorxusundan danışmır bu zaman dırnaq yeməyə başlayır. Bu hal xüsusən uşaqlıq yaşlarında başlayır, korreksiya olmayanda isə hər yaş qrupunda özünü göstərə bilər".

 

Psixoloq qeyd edir ki, böyük adamlarda da bu halla qarşılaşa bilərik.

 


"Görə bilərik ki, böyük adamdır amma dırnaq yeyir çünki bu problem vaxtında korreksiya olunmayıb, onun özünü ifadəsi, açıqsözlülüyü, stressə davamiyyəti yoxdur ona görə də dırnaq yemək və s. başqa hallarla o öz stresini atır.
Bunun korreksiyası birinci növbədə terapiyadır çünki həmin insanın basdırılmış duyğuları var  və basdırılmış duyğular olduğu zaman  insan müəyyən etapdan sonra onu  hər-hansı  şəkildə biruzə verir ya saçını qırır ya dırnağını yeyir və bu davamlı  davranışa keçid alır".

 

Vəfa xanım bildirir ki, psixoloji dəstək alaraq bu problemi aradan qaldırmaq olar.

 

" Həmin insanın şüuraltında onu narahat edən məsələlər var ki, çözülməyib. Bu zaman  psixoloq müayinəsi ilə  psixoanaliz olunur və psixoanaliz nəticəsində məlum olur ki , hansı səbəbdən gərginlik və narahatlıq yaşayır onu aradan qaldırdıqdan  sonra bu problem aradan qalxır. Bu problem həm uşaqlarda var həm də böyüklərdə ola bilər zatən bütün  problemlər uşaqlıqda başlayır və böyüklüyə qədər gedir".

Aydan İsayeva