Əməliyyatda canlı yayım
Bölmə: Sosial › ,Tarix: 23:03 12.12.2023
Bu gün sosial şəbəkələrdə əməliyyatdan yayılan görüntülər insanların geniş müzakirəsinə səbəb oldu.
Əməliyyat prosesində canlı yayım açan həkimin köməkçisi insanlar tərəfindən olduqca qınanıb. Kimisi canlı yayım açan xanımın xəstənin həyatını təhlükəyə atdığını deyir, kimisi də həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşmasından narazılıq edir.
Ümumiyyətlə cərrahi əməliyyatda canlı yayım açmaq nə qədər doğrudur?Pasiyenti əməliyyat edən həkim Emil Qəhrəmanov işçisinin canlı yayım açmasına münasibət bildirib.
"Həmin xanımın vəzifəsi elə onun sosial şəbəkələrini idarə etməkdir. Belə məqamlarda xəstənin həyatı üçün hər hansı təhlükə yaranmır".Əməliyyat xananın daxilində steril zona var və qeyri-strel zona var. Belə deyək də texniki bir zona var ki, orada yazılar yazılır, hamı steril ola bilməz. Biri də var tam steril zona, bu cərrahdı, tibb bacısıdır ki, bu tamamilə steril olur. Burda xəstənin həyatı üçün qeyri-adi, təhlükə yaradacaq heç nə yoxdu. Yəni xanım texniki zonada əyləşmişdi və qeyri-steril bir yerdəydi. Zatən orda xanımın steril olmağına da ehtiyac yox idi. Çünki orda xanım əməliyyatı icra edəcək adam deyildi".
Həkim həmçinin canlı yayım zamanı xəstənin razılığını aldıqlarını deyir.
"Сanlının açılmağına hər hansı bir qadağa yoxdur. Canlı açılır orda nə bir qan göstərilir, nə bir şey göstərilir. İnsanların özünə də maraqlıdı əməliyyatxana prosesi. Tanıtım deyək də. İnsanlar tanımırlar, evlərində oturublar. Və bu gün belə deyək ki, televiziyadan çox sosial şəbəkələr əgər maraqlıdısa insanlara, bu gün sosial şəbəkələrdən hamı izləyir tanıyır. Düzdü bəlkə də olmamalıydı. Oldu, keçdi və biz də bundan sonra nəzərə alırıq ki, belə bir hallar çalışacağıq ki, heç vaxt təkrarlanmasın. Yəni düzgün hal deyil".
Ekspertlər də deyir ki, əməliyyatlardan görüntüləri yaymaq əslində doğru deyil.
Amma bununla bağlı qanunvericilikdə hər hansı bir tələb də qoyulmayıb. Buna baxmayaraq klinikanın rəhbərliyindən bildirildi ki, əməliyyatı icra edən həkimə xəbərdarlıq edilib, canlı yayımı açan xanım isə işindən azad olunub.
Lamiyə