Uşaqların uğur qazanması üçün valideynlər nələr edə bilər?
Bölmə: Sosial › ,Tarix: 11:46 13.12.2023
Məktəbəqədər təhsil pilləsində müəllimlərlə yanaşı, valideynlərin rolu nədən ibarətdir? Uşaqların uğur qazanması üçün valideynlər nələr edə bilər? Bu mövzuda psixoloq Vəfa Rəşidova ilə həmsöhbət olduq.
Psixoloq deyir ki, ən böyük rol valideynin üzərinə düşür.
“Bəzən valideynlər bunu daha çox müəllimlərdən tələb edir, gözləntiləri onlardan olur. Amma ən böyük məsuliyyət valideynin üzərinə düşür. Çünki müəllim uşağı bir neçə saat görür. Valideyn isə uşaqla bərabər bir evdə yaşayır”.
Vəfa Rəşidova onu da vurğulayır ki, uşağı döyə-döyə, qışqıra-qışqıra, şiddətlə oxutmaq olmaz. Şiddətlə oxuyan uşaq gələcəkdə nə fərd, nə də peşəkar olacaq.
Psixoloqun sözlərinə görə, valideyn uşaqla müəllim kimi deyil, elə valideyn kimi davranmalıdır.
“Müəllim kimi davranılsa, uşaq valideynindən çəkinir. Bu zaman uşağın motivasiyası düşür. Uşağı həvəsləndirmək, elmin, təhsilin xeyirləri haqqında ona danışmaq lazımdır.
Sayad Qoşnalıyeva