Təhlükəli məhsulların olması qaçınılmazdır-Eyyub Hüseynov
Bölmə: Sosial › ,Tarix: 19:09 13.12.2023
Market sahiblərinin satdıqları keyfiyyətsiz məhsullar günü gündən artır. Bunun üçün hansı tədbirlər görülməlidir? Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov informator.az saytına verdiyi açıqlamada bildirir ki, marketlərdəki bu vəziyyətin mövcudluğu, qanunlardan asılıdır.
"Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. İstehlakçıların hüquqları müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul edilib, ondan bəri qanun dəyişdirilməyib".
Eyyub Hüseynov qeyd edir ki, Qida Təhlükəsizlik Agentliyi yaranandan bəri, onlarda bu sahədə uğurlu işlər apara bilməyiblər.
‘’Onlar da yanlız qidanın təhlükəsizliyini təmin edirlər. Cəld yoxlama imkanları yoxdur, əl-qolları bağlıdır. Şikayət olunsa belə gərək Ədliyyə nazirliyinə müraciət etsinlər, 3-4 gündən sonra əməliyyata başlasınlar".
Müsahib düşünür ki, yoxlama belə zəif olduğundan təhlükəli məhsulların olması da qaçınılmazdır.
"Qanunlarda dəyişiklik aparılmalıdır, Qida Təhlükəsizlik Agentliliyinin əsasnamələri dəyişdirilməlidir. Orda sadəcə təhlükəsizlik yox, keyfiyyət də önə çəkilməlidir və ictimai nəzarət həyata keçirilməlidir".
Eyyub Hüseynov onu da qeyd edir ki, əhali şüphəli hallarla rastlaşarsa, 1003 qaynar xəttinə zəng etib, məlumat verməlidir.
‘’KİV ilə ictimaiyyət birlikdə işləməlidir. Dövlət orqanları KİV-dəki məlumatları təqib etməlidir, araşdırmalıdır. Təəsüf ki, bu vasitələr olmadığı üçün, arzuolunmaz hallarla qarşılaşırıq".
Sevinc Yarməmmədova