Yağış yağdı, taksi qiymətləri qalxdı
Bölmə: Sosial › ,Tarix: 21:59 14.12.2023
İki günlük yağış paytaxtın köhnə "dərdini" təzələdi. Göydən yerə bir damla yağış düşən kimi, sanki Bakıda həyat donur. Nə avtobus vaxtında dayanacağa çata bilir nə də boş taksi tapmaq olur. Səbəb də tıxacdır deyilir.
Dünəndən yağan yağış paytaxtda tıxacla müşahidə olunur. Təbii ki, bu da avtobusların hərəkət intervalına öz təsirini göstərir. Bu və ya digər səbəblərdən qeydə alınan gecikmələrin fonunda avtobus gözləməyə səbri çatmayanlar vaxtında mənzil başına çatmaq üçün taksilərə üz tutur, bu dəfə onlar görməyə vərdiş etmədikləri qiymətlərlə qarşılaşırlar.
Qiyməti qaldıranlar təkcə fərdi taksi fəaliyyəti ilə məşğul olanlar deyil, şirkətlər də eyni üsuldan istifadə edir. Səbəbini soruşanda isə oxşar fikirlər eşidirik.
Taksilərə əlavə pul ödəmək istəməyənlər çıxış yolu kimi metroya üz tutur, amma yerin altındakı vəziyyət də çöldəkindən fərqlənmir. Düzdü, qatarlar vaxtında stansiyalara çatsa da, sərnişinlərin çox olması sıxlığa səbəb olur.
Bir sözlə, yağışlı paytaxtda bir neçə gündür müşahidə edilən problem indinin yox, illərin problemidir nəticə dəyişməz olaraq qalır.
Lamiyə