Qızılcadan qorunmaq üçün peyvənd mütləqdir-Sadiqə Əliyeva

Bölmə: Sosial › ,
Tarix: 22:32 15.12.2023

Bildiyimiz kimi, qızılca ölkəmizdə sürətlə yayılır. Bu gün də Gəncədə 4 yaşlı uşaq qızılcadan dünyasını dəyişib. Bununla da 1 ay ərzində qızılcadan dünyasınə dəyişən azyaşlıların sayı 6-ya çatıb.

 

Azyaşlı uşaqları qızılcadan qorumaq üçün hansı tədbirləri görmək lazımdır?

 

Peyvənd olunan zaman bu xəstəliyin qarşısı alına bilər?


Hepatoloq, infeksionist Sadiqə Əliyeva informator.az saytına verdiyi açıqlamada bildirib ki, azyaşlı uşaqların qızılcadan qorunması üçün ilk növbədə ən effektiv üsul peyvənddir. Peyvənd təqviminə görə, 1-6 yaş uşağlara 2 doz peyvənd vurulur.

Həkim əlavə edib ki, peyvənd olunan zaman xəstəliklərin qarşısı 97% alınır.

 

‘’Valideynlərə tövsiyəm odur ki, uşağları peyvənddən yayındırmasınlar. Uşağlar xəstə olduqları zaman ağırlaşmalarının səbəbi peyvənd olunmamalarıdır. Mütləq peyvəndlərin edilməsi lazımdır ki, tez bir zamanda xəstəliyin qarşısı alınsın".

 

Müsahib qeyd edib ki, illərdir ölkədə bu dərəcə qızılcanın yayılması heç olmayıb.

 

"Valideynlər övladlarına vaxtında peyvəndlərini vurdurublar. Son dönəmlərdə isə bundan imtina edirlər".

 

Həkim tövsiyə edib ki, xəstəliyin qarşısını almaq üçün insanlar çalışmalıdırlar ki, çox sıx məkanlarda olmasınlar.

 

‘’Öskürək, temperatur və s. simptomları olan uşaqlar məktəbə, bağçaya gətirilməsinlər".

SEVİNC YARMƏMMƏDOVA