Avtomobillər qışa necə hazırlanmalıdır?
Bölmə: Sosial › ,Tarix: 13:17 18.12.2023
Qış mövsümünün ən ağrılı məqamlarından biri qarlı-şaxtalı günlərdə baş verən avtomobil qəzalarıdır. Hər il belə qəzalarda bir çox insan həyatını itirir, insanlara maddi ziyan dəyir. Bu qəzaların səbəbləri arasında sürücülərin avtomobillərini mövsümə hazırlamamaları da yer alır.
Məsələ ilə bağlı açıqlama verən usta Dəniz Ağabəyli deyir ki, əyləclənmə həyata təhlükə yarada bilər, ayağınızı əyləclənməyə atdıqda avtomobilinizi saxlamaya bilər.
"Misal deyə bilərik, aftomobilin jitkis mayelər var, qış aylarında nəmişlik yarandığına görə bunlar tez sıradan çıxa bilir. Onu da aparat vasitəsi ilə yoxluyub dəyişmək lazımdır. Bundan əlavə əyləc şılanqları quruduğuna görə qış ayları bunlarda da çatdamalar baş verə bilər, baxın bu avtomobildə bir problem yoxdu, normasındadı amma bunu qış aylarında həddinən artıq şaxtalar olduğuna görə reyzin quruyur və çartlamalar olur bunlara da sürücülərimiz diqqət yetirsə yaxşı olar".
Sürücülər qışa hazırlıq zamanı sadəcə avtomobilin şinlərinə deyil eyni zamanda avtomobilin suyuna və yağına da diqqət etməlidirlər. Temperaturun aşağı olduğu günlərdə bəzi avtomobil yağları var ki, qatılığı normadan artıq olduğu üçün donur və mühərrikin işləməsinə problem yaradır. Belə problemlə qarşılaşmaq istəməyən sürücülər avtomobilin tələbinə uyğun yağlardan istifadə etməlidirlər.
Ustaların sözlərinə görə, sərt qış rejiminə hazırlanmış maşın mövsüm ərzində sahibini təhlükəyə atmamaqla yanaşı, həm də daha az xərcə salır.
Sərxan