"Heydər Əliyev adına təqaüd"çü -Həbibə Cəfərova
Bölmə: Sosial › ,Tarix: 18:21 18.12.2023
"İnformator.az" saytının növbəti müsahibi "Heydər Əliyev adına təqaüd" mükafatçısı, Bakı Dövlət Universiteti İqtisadiyyat ixtisasının tələbəsi Həbibə Cəfərovadır.
Həbibə Cəfərova kimdir?
-Həbibə Cəfərova Cavid qızı, 30 dekabr 2004-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışam. Orta təhsilimi Həzi Aslanov adına 175 nömrəli məktəbdə alıb və həmin təhsil ocağını fərqlənmə ilə bitirdim. 9-cu və 11-ci sinif buraxılış imtahanlarından və riyaziyyat fənnindən Respublika üzrə az sayda olan 100 bal toplayanlardan biriyəm. Bakı Dövlət Universitetinə də 622.1 balla qəbul oldum. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat ixrisasının rus bölməsində təhsil alıram və ÜOMG 99.1 təşkil edir.
Elmə marağım nənəm tərəvəzçi alim, professor Xoşqədəm Abdullayeva Teymur qızı və valideynlərimdən qaynaqlanır. Onlar hər zaman mənə qarşıma böyük hədəf qoymağı və o hədəfə mütləq çatmağı aşılayıblar.
Təqaüd haqqında xəbərlərdə oxudum və hədəfim bu təqaüdü qazanmaq idi. lham Əliyev təqaüdünü də qazamaq istəyirdim, 2-ci qrup, rus bölməsi üzrə 1-ci idim, amma məni hədəfdən kiçik sayda ballar ayırdı. Nəsibimdə bu təqaüdü almaq və bu sevinc hissini keçirmək var idi ki, buna layiq ola bildim.
Qazandığınız mükafatı nəyə xərcləməyi düşünürsünüz?
-Mükafatı da hədəflərimə sərf edəcəm. Yardımlar etsəm belə, bunu anonim saxlamaq istəyirəm. Düşünürəm ki, yaxşılığın gizli ediləninin savabı daha böyükdür.
Təqaüdü almaq çox istəyirdim, amma qazanacağımı Allahın ümidinə həvalə etdim. Çünki 100 nəfər təqaüd alanlardan biri olmaq çətin hədəf idi.
Təqaüd qazanmaq xəbərini necə aldınız?
-Təqaüd xəbərini mənə dekan müavinimiz şəxsiyyətinə böyük hörmətim olan İkram Cəbrayılovdan aldım və o an sevincimin həddi-hüdudu yox idi.
Gələcək planlarınız nələrdir?
-Universiteti fərqlənmə ilə bitirib, magistraturaya qəbul olmaq, daha sonra oranı da fərqlənmə ilə bitirib, ixtisasım üzrə işləməkdir.
Ən böyük hədəfim isə işimin peşəkarı, cəmiyyətə, ailəmə, sevdiklərimə faydalı olmaqdır. Ən əsası insanların məni tanıdıqları üçün şükür etdikləri insan olmaq istəyirəm. Bir insan üçün "yaxşı ki, varsan" və "yaxşı ki, tanıdıq səni sözünü eşitmək",məncə, ən böyük mənəvi nailiyyətdir.
Asiman Hafizqızı