Şamaxıda sakinlərin qaz problemi
Bölmə: Sosial › ,Tarix: 20:11 18.12.2023
Təsəvvür edin ki,eyni qəsəbədə və eyni küçədə yaşayasan küçənin bir hissəsinin sakinləri evində mavi yanacaqdan istifadə edir digər hissəsi isə odundan istifadə edir. Bu paranormal vəziyyət Şamaxı rayonunun Sabir qəsəbəsində yaşanır.
Şamaxının rayon mərkəzindən 6 km məsafədə yerləşən Sabir qəsəbəsinin bir qrup sakini mavi yanacaqdan məhrum qalıb. Əraziyə uzun müddətdir qaz xətti çəkilib, hətta həmin xətlər sakinlərin yaşadığı evlərin yaxınlığından keçir, amma nədənsə qəsəbənin yuxarı hissəsində yerləşən 300-dən çox mənzil mavi yanacaqla təmin olunmur. Sakinlərin sözlərinə görə, qaz xətti olmadığından məcbur olub odundan istifadə edirlər ki, onun da istisindən çox qiyməti yandırır.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məsələ ilə bağlı bildirdi ki, bu qış Sabir qəsəbə sakinlərinin mavi yanacaqsız keçirdiyi son qış olacaq.