Gənclərdə yaddaş zəifliyinin səbəbləri -Nevroloq açıqladı

Bölmə: Sosial › ,
Tarix: 20:26 18.12.2023

"Gənclərdə yaddaş problemlərinin yaranmasının birinci səbəbi qidalanmanın düzgün olmamasıdır". 

Bu sözləri İnformator.az- a açıqlamasında Nevroloq-refleksoterapevt Ülviyyə Səlimova deyib.

Nevroloq bildirib ki, balanslaşdırılmamış, vitamin və minerallarla zəngin olmayan qidalarla qidalanmaq bu şikayətlərin artmasına gətirib çıxarır.

 

"Hər birimiz bilirik ki, tələbələr, şagirdlər çöldə qidalanmaya üstünlük verir. Fast food, energetik içkilər, müxtəlif paketlərdə olan şirniyyatlar, çipslər və başqa qidalara üstünlük verilməsi orqanizmində müəyyən mübadilə pozulmasına , xeyli çəkinin artmasına və ya sağlam olmayan qidanlama nəticəsində vitaminlərin, mineralların çatışmazlığına səbəb olur.

Buna da ilk reaksiyanı beyin verir və nəticədə özünü yaddaş problemləri kimi göstərir . Belə bir halın baş verməsinin qarşısını almaq üçün ev yeməklərinə üstünlük vermək , gündəlik rasionda bol tərəvəzli salatlar, bol meyvə və qazan yeməklərindən istifadə etmək lazımdır".

 

 

Ülviyyə xanım qeyd edir ki, gənc pasientlərdə yaddaş pozulması yox, diqqət yayınıqlığı hallarına tez-tez rast gəlinir.

"Yaddaşsızlıq problemi ilə müraciət edən gənc pasientləri müayinə edəndən sonra bəlli olur ki, əlində pasientin problemi yaddaş pozulması yox , diqqət yayınıqlığıdır bu da müəyyən nevroloji xəstəliklərin- deppesiya, panik atak, panik vəziyyətlər ve nevrozun simptomlarıdir .

Ona görə də yaddaşım yoxdur, diqqətim zəifdir deyən pasientin əgər analizlərində heç bir problem yoxdursa belə pasient nevroloq tərəfindən uğurla müalicə olunur".

 

Nevroloq son olaraq vurğulayıb ki, bu halların qarşısını düzgün qidalanma ilə almaq olar.

" Müalicədə düzgün və aktiv həyat tərzi, düzgün qidalanma, sinir sistemini aktivləşdirmək adına beyin gimnastikası, beyninə müsbət təsir edən çərəzlər məsələn qoz ,fındıq, badamdan istifadə etmək lazımdır.

Vitaminlərlə zəngin olan qidalarla xüsusilə B12, B6, E və A vitamini ilə zəngin qidalarla qidanlamağı gənclərə məsləhət bilirik".

 

Aydan İsayeva