Çempionlar liqasında püşk atıldı- Ekspertdən AÇIQLAMA

Bölmə: İdman › ,
Tarix: 20:48 18.12.2023

Uefa çempionlar liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

 

İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 1/8 finalda qarşılaşacaq cütlüklər müəyyənləşib.



Porto” - “Arsenal”
“Napoli” - “Barselona”
PSJ - “Real Sosedad”
“İnter” - “Atletiko Madrid”
PSV - “Borussiya Dortmund”
“Latsio” - “Bavariya”
“Kopenhagen” - “Mançester Siti”
“Leypziq” - “Real Madrid”.



Bəs, ən gərgin qarşıdurma hansı komandalar arasında gözlənilir?


Turnirin favoritləri hansı komandalardır?

 

Futbol eksperti Ceyhun Sultanov informator.az-a açıqlamasında suallarımızı cavablandırıb.
Ekspert bildirir ki, olduqca maraqlı və gərgin oyunların şahidi olacağıq.


"  ‘’Real Madrid’’və ‘’Mançester siti’’ nisbətən zəif rəqiblərlə qarşılaşsa da ,çətin oyunlara şahid olacağıq.Düşünürəm ki, maraqlı qarşıdurmalar izləyəcəyik".



Ceyhun Sultanov sonda turnirin Favoritləri ilə bağlı fikirlərini bildirib.



‘’Ümumilikdə maraqlı oyunların şahidi olacağıq. Bu turnirdə çıxış edən komandalar hər bir çempionatın çempionlarıdır. Əsas favoritlər olaraq isə ‘’Mançester Siti’’ və ‘’ Real madrid’’ i görürəm".


Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.

Ayaz Zeynalzadə