Vətən müharibəsi əlilləri avtomobillə təmin olunub

Bölmə: Sosial › ,
Tarix: 21:53 18.12.2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup vətən müharibəsi əlilinə avtomobillər təqdim edib.

 

44 günlük Vətən müharibəsində iştirak edən Sərxan Bünyadov, Şuşa uğrunda gedən döyüşlərdə ayağından ağır qəlpə yarası alıb. Hərəkət etməkdə çətinlik çəkən Bünyadov bu gün avtomobil verilən 50 qazidən biridir.

 

Allaha çox şükürlər olsun ki, bu gün avtomobillə təmin olundum. Müalicəyə, işimizə övladımı məktəbə aparmağa əlverişli olacaq".

 

Avtomobillə təmin edilən şəxslərdən biri də Vətən müharibəsi əlilli Eyyub Tağıyevdir. O, Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb.

 

"Bu gün gözəl bir gündür, biz minik avtomobili ilə təmin olunmuşuq. Hər şey qaydasındadır gözəldir, çox sağ olsunlar. Maşınsız çox çətindi də avtobus, metro çətin olur qalx, düş. Çox da gəzəndə ayağımız yorulur.

 

Bu gün təqdim edilən 50 avtomobil də daxil olmaqla,ümumilikdə ötən dövrdə 7600 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

 

ƏƏSM nazirinin müavini Anar Əliyev bildirib ki, son 3 il ərzində, yəni post müharibə dövründə 424 nəqliyyat vasitəsinin təqdim olunması mərasimi keçirilib.

 

"Bu nəqliyyat vasitələri bizim müharibə əlillərimizin istifadəsinə təqdim olunub. Ümumillikdə qeyd etmək istərdim ki, ötən dövr ərzində 14400-dən çox mənzillərlə təmin etdik".

 

Postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının proqram çərçivəsində icrası 5 dəfəyədək genişləndirilib. Bu kateqoriyadan olan şəxslərə 5 600-ə yaxın, cari il ərzində isə 1100 mənzil təqdim edilib.