Gömrük rəsmiləşdirilmə prosesində yenilik

Bölmə: Sosial › ,
Tarix: 22:11 18.12.2023

Gömrük rəsmiləşdirilmə prosesi artıq daha sürətli həyata keçiriləcək. Bu istiqamətdə bəzi adımlar atılmağa başlayıb. Bununla bağlı Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov məlumat verib. 

 

Elmir Ramazanov bildirib ki, sahibkarların gömrük əməliyyatlarının təhlili zamanı müəyyən edilib ki, ümumi əməliyyatların 60-65 faizi aşağı risk qrupuna aid edilib.

 

"Lakin istər aşağı risk qrupu, olsun istər yuxarı, istər orta risk qrupları bunların rəsmiləşdirmə prosesləri demək olar eynidi. Məhz bu aşağı risk əməliyyatları olan sahibkarlara buların könüllü etmə prinspinə qarşılıq olaraq biz rəsmiləşdirmə müddətinin azaldılmasına çalışdıq".

 

Həmçinin Baş gömrük idarəsində bəyannamələrin rəsmiləşdirilməsi ilə bağlı da bəzi yeniliklər var. 

 

İdarənin Xidmətin Təşkili şöbəsinin rəisi Nurlan Hüseynli qeyd edib ki, biz mərkəzimizdə özünə xidmət köşkü də vətəndaşlarımızın istifadəsinə verdik ki, sahibkarlarımız, vətəndaşlarımız heç bir ödəniş ödəmədən, heç bir vaxt itkisi itirmədən özlərinə məxsus bəyannamələrdə düzəlişlər edə onları çap edə bilər.

 

"Rəsmiləşmə zamanı hər hansısa bir sual yaranarsa, bununla bağlı telefon köşkündən istifadə edərək rəsmiləşdirmə mərkəzinin nümayəndələri ilə əlaqə qura bilərlər". 

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi 2024-cü ildə inteqrə edilmiş zəng, SMM və elektron sistem yaratmağı planlaşdırır.

Lamiyə