Audiovizual Şuranın mütəxəssisləri BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar keçirib
Bölmə: Sosial › ,Tarix: 19:07 19.12.2023
19 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Audiovizual Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü olub.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı Vüqar Zifəroğlu əvvəl keçirilən iki görüşün 3-cü kurs tələbələri tərəfindən maraqla qarşılandığını, bu dəfə 2-ci kurs tələbələrinin iştirak etdiyini vurğulayıb.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov jurnalistika fakültəsinin tələbələri ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, gələcək media nümayəndələri arasında audiovizual medianın tənzimlənməsi haqqında məlumatlılığının artırılmasında belə görüşlərin vacibliyini qeyd edib. O, bildirib ki, bu auditoriya gələcəkdə mediada çalışan gənclərdən ibarətdir və buna görə də hər görüşdə əməkdaşlarımız onları maraqlandıran əhəmiyyətli mövzular haqqında geniş təqdimatla çıxış edir. Daha sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Azərbaycanda audiovizual media tənzimlənməsi" mövzusunda geniş təqdimatla çıxış edib.
Təqdimatdan sonra mövzu və audiovizual medianın tənzimlənməsi ilə bağlı müzakirə aparılıb, tələbələri maraqlandıran suallara cavab verilib.