Əhalinin sağlamlığı səhiyyə işçilərindən asılı deyil-Adil Qeybulla
Bölmə: Sosial › ,Tarix: 20:53 19.12.2023
"Ölkəmizdə bir çox xəstəxanalar var ki, onların gigiyenik, reaktiv şəraiti, cihazların təmin olunması normaldır. Çox az, xüsusən, paytaxt Bakıdan kənar yerlərdə, kəndlərdə problemlər var".- Bu sözləri informator.az-a açıqlamasında həkim Adil Qeybulla bildirib.
Həkim qeyd edib ki, şəhər xəstəxanalarında insanların narazılığı daha çox həkimlərin qəbuluna düşməməkdir.
"Həkim qəbuluna düşmək üçün gözləmək problemləri var".
Adil Qeybulla eyni zamanda qeyd edib ki, gigiyenik qaydaların pozulması ciddi şəkildə Bakıda görünmür, amma kənar ərazilərdə var.
Həkimin sözlərinə görə, Azərbaycanda bütün kütləvi informasiya vasitələri bir sahənin üstünə düşür. Bu da səhiyyə və sağlamlıqdır.
"Əhalinin sağlamlığı səhiyyə işçilərindən asılı deyil. Əhalinin sağlamlığı digər ayrı-ayrı sahələrin yaşayış üçün lazım olan təbii resurslardan düzgün istifadə etməmələri, ekoloji pozğunluqlar, keyfiyyətsiz qidalar, sular və sairədir".
Adil Qeybulla əlavə edib ki, ölkədə səhiyyə sisteminin bölünməsi, təbib və s. arasında olan müəyyən fərqlər xəstəxanalarda da özünü göstərir.
Vüqar Alışov