Tibbdə, təbabətdə sterilliyin gözlənilməsi çox mühüm şərtdir-Aydın Əliyev

Bölmə: Sosial › ,
Tarix: 21:06 19.12.2023

"Tibbdə, təbabətdə bütün tibbi fəaliyyətin əsasında sterilliyin gözlənilməsi dayanır. Sterillik haqqında təsəvvürləri yanlış olan adam tibbdə çalışmamalıdır və çalışa bilməz".- Bu sözləri informator.az-a açıqlamasında tibb üzrə ekspert Aydın Əliyev söyləyib.

 

Aydın Əliyev təəssüflə bildirir ki, virus sepatitlərinin və digər infeksiyaların müxtəlif yollarla xəstələrə keçməsi halları var. 

 

"Müxtəlif tibbi prosedura kabinetlərində, müxtəlif əməliyyatlar zamanı və s. infeksiyalar xəstələrə keçə bilər. Amma biz bir şeyi nəzərə almalıyıq ki, bu hər kəsi əhatə edə bilər".

 

Ekspert qeyd edir ki, tibbdə, təbabətdə sterilliyin gözlənilməsi çox mühüm şərtdir.

 

"Bütün alətlər, təkrar istifadə olunan tibbi ləvazimatlar məhlullarda sterilizə olunmalıdır. Viruslardan təmizlənməlidir. Ondan sonra isə avtoklava verilib, tamamilə bütün mikroorqanizmlərdən təmizlənməlidir. Gigiyenanın mahiyyəti budur. Yoxsa, alətə spirt sürmək, müxtəlif köhnədən qalan üsullar bu gün tamamilə yararsız və mənasız üsullardır".

 

Aydın Əliyev son olaraq qeyd edir ki, müasir təbabətin tələbələri sterilliyin ciddi şəkildə, beynəlxalq standartlar əsasında həyata keçirilməsidir.

 

"Bəzən xəstəxanalarda təəssüflər olsun ki, bu gözlənilmir. Ona görə də buna nəzarət daim artırılmalıdır",-deyə həkim yekunlaşdırıb.

 

Vüqar Alışov