Ölkədə taksilərin gediş haqqı artıb-Ekspert Şərhi

Bölmə: Sosial › ,
Tarix: 23:06 19.12.2023

"Bolt" Azərbaycan şirkəti taksilərin gediş haqqının10 % artdığını təsdiq edib.


Qeyd edək ki, şirkətə məxsus taksilərdə minimal gediş haqqı 2,50 AZN-dir.

Bəs, bu artımın səbəbi nədir? Artımın yanacaq qiymətləri ilə əlaqəsi ola bilər?


İnformator.az - açıqlama edən iqtisadçı ekspert Xalid Kərimki qeyd edib ki, taksilərin gediş haqqının artırılması yanacaq qiymətləri ilə əlaqəli deyil.



"Çünki Azərbaycanda yanacaq qiymətləri uzun illərdir ki, eyni qiymətdir. Taksilərin gediş haqqının artırılmasının səbəbi budur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  taksi qiymətlərinin bahalaşması ilə bağlı tədbir həyat keçirdi.


Əvvəl minimal gediş haqqı 1azn idi, ancaq idi 2.50 azn-dir.
Bununla bağlı cəmiyyətdə narazılıqlar, şikayətlər oldu, ancaq Nazirlik əsaslandırdı ki, insanlar taksilərdən çox istifadə edir, taksilər çox yayılıb, ölkədə çox ucuzdur. Nazirliyin də bu günlərdə açıqladığı məlumatdan da görünür ki, taksi istifadəçilərinin sayı azalıb. Yəni qiymətlərin  artırılmasının səbəbi budur".



Ekspert hesab edir ki,  burada məqsəd taksilərin qiymətinin bahalaşması deyil, ictimai nəqliyyatın cəlbediciliyinin artırılması, piyada hərəkəti üçün şəraitin yaradılması, səkilərin qaydaya salınmasıdır.


İqtisadçı düşünür ki, piyada keçidləri qaydaya salınmalı, bütün yollarda hissələr müəyyənləşdirilməli, metronun  əlçatanlığı üçün şərait yaradılmalı, metrolar artırılmalıdır.

 


"Avtobusların idarə etməsi yaxşı deyil, metroların sayı azdır, bu işlər həll olunmalıdır ki, insanlar taksilərdən çox digər nəqliyyat vasitələrinə önəm versinlər".



Nəzrin Mirzəyeva