2023-cü il Qarabağa köçürülmə-Deputatdan açıqlama
Bölmə: Sosial › ,Tarix: 18:14 20.12.2023
"2023-cü il işğaldan azad olunmuş ərazilərə qayıdış baxımından çox uğurlu oldu. Biz bilirik ki, ölkə başçımız 2022-2026-cı illəri əhətən "Böyük Qayıdış"a dair Dövlət Proqramı imzalamışdır. Bu proqrama uyğun olaraq 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıtması nəzərdə tutulur".- Bu sözləri informator.az-a açıqlamasında deputat Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, son iki ildə işğaldan azad olunmuş ərazilərdə bütün infrastruktur yenidən qurulur, yeni yaşayış məntəqələri ərsəyə gəlir.
"Keçmiş məcburi köçkünlər Ağalıya, Laçına, Zabuxa Füzuliyə və digər yaşayış məntəqələrə qayıdırlar".
Azər Badamov eyni zamanda qeyd edib ki, dövlət başçımız və birinci vitse prezident müharibənin başa çatdığı üç ildə işğaldan azad olunmuş ərazilərə 100 dəfədən çox səfər etmişdir.
"Dövlət başçımızın hər bir səfəri ermənilərin 30 ildə viran qoyduğu ərazilərimizə yeni həyat, və canlanma gətirir".
Deputatın sözlərinə görə, 30 il məcburi köçkün həyatını yaşamış insanlar öz ata yurdlarına qayıdaraq firavan həyatlarına davam etdirə biləcəklər.
"Bu, bir daha dövlətimizin gücü və qüdrətinin göstəricisidir. Növbəti ildə də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prioritetdir".
Azər Badamov hesab edir ki, "Böyük Qayıdış"a dair dövlət proqramı uğurla başa çatdırılacaq.
Aynur Babayeva