Milli Məclisin plenar iclasında qadın və uşaq problemləri müzakirə olunub
Bölmə: Sosial › ,Tarix: 18:56 20.12.2023
18 yaşınadək ana olan qadınların sayı ötən illə müqayisədə artıb. Digər dəhşətli statistika uşaqların doğulana qədər cins ayrıseçkiliyinə məruz qalması faktı ilə bağlıdır. Artım erkən nikahlarda da qeydə alınıb. Zorakılıq və boşanma faktının sayında da dinamika müşahidə edilir. Bütün bu göstəricilərin kökündə dayanan səbəb sosial mediadı. Əsasən də TikTok kimi platformalar. Milli Məclisin plenar iclasında mövcud problemlərin həlli yolları müzakirə edilib.
Gündəliyə çıxarılan 27 məsələdən ilk müzakirəyə çıxarılanı gender bərabərliyi ilə bağlı oldu. Ailə Qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova dəhşət saçan statistikanı açıqlayıb.
"18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı ötən illə müqaisədə artıb. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran, Qarabağ iqtisadi rayonları üzrə olub. Uşaqların doğulanadək cins seçiminə məruz qalmasına dair vəziyyət də problemli olaraq qalmaqdadır. Cins nisbəti bu günə qədər 100 qıza 112 oğlan təşkil etmişdir".
Bahar Muradova qeyd edib ki, erkən nikahların dinamikasında isə nisbi artım var.
"Bakı şəhərində beş digər iqtisadi rayonlarda 271 şəxsə nikah yaşının azaldılması ilə bağlı icazə verilib. 169 erkən evliliyin qarşısı alınıb".
Milli Məclisin üzvü Siyavuş Novruzov bildirib ki, bu gün Azərbaycanda yol nəqliyyat hadisələrindən sonra ikinci yerdə qadınların öldürülməsi durur.
"Rusiyadan qayıdır gəlir, çatan kimi birinci həyat yoldaşını öldürür. Və yaxud da ki, başqa bir yerə çıxır gedir, ailəsi ilə maraqlanmır, ailəsinə gəlib çatanda birinci yenə qardaşı bacısını öldürür".
Siyavuş Novruzovun sözlərinə görə, burada TikTokun rolu var, Azərbaycandakı serialların rolu var.
"Bu ciddi şəkildə hərbir kəsi maraqlandırmalıdır, düşündürməlidir, qarşısı alınmalıdır".
Uşaqların doğulmadan cinsi ayrıseçkiliyə məruz qalması qəbuledilməzdir. Parlamentarilər, selektiv abortların qarşısının alınması istiqamətində illərdir konkret tədbirlər görülmədiyini qeyd etdilər.
Milli Məclisin üzvü Sahib Əliyev qeyd edib ki, Azərbaycanda selektiv abortlara tamamı ilə son qoyulmalıdır, Azərbaycanda qızların təhsildən yayındırmasına tamamı ilə son qoyulmalıdır.
"Azərbaycanda sevgisiz, qayğısız uşaq böyüdülməməlidir. Azərbaycanda seksual qısnama və qadın zorakılığına son qoyulmalı və lənətlənməlidir".
Dövlət komitəsinin sədri Bahar Muradova əlavə edib ki, mən sizinlə razıyam buna son qoymalıyıq, ona görə də zorakı kişilərlə işlərin aparılması istiqamətində layihələrimiz vardır.
"Ən əsası, əlbəttə, mən çox istərdim ki, millət vəkilləri, publik adamlar olduqları üçün bu məsələlərlə bağlı çağırışlara, mesajlara üstünlük versin. Hər kəs öz seçicisinin ailəsinə daxil olduqda onun ailəsi ilə necə davranmasına diqqət etsin bir tövsiyə də etsin. Mənə elə gəlir ki, biz bütün imkanlardan, ailəyə daxil olma imkanlarından istifadə edərək bu məsələlərin qarşısını almaq istiqamətində səylərimizi birləşdirməliyik".
Gündüz