Yol hərəkəti qaydalarnda hansı dəyişikliklər olunmalıdır?-Ekspert açıqlayır

Bölmə: Sosial › ,
Tarix: 19:40 20.12.2023

"Qəzaların sayının azalması ilə bağlı əsas aparılan işlərdən biri Dövlət Yol Polisinin təşəbbüsü ilə bir sıra yollarda sürət həddinin azaldılması oldu".- Bu sözləri informator.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.

 

Ekspert düşünür ki, Bakı şəhərində qaranlıq yollar işıqlandırılmalı, bəzi yollar təmir olunmalıdır".

 

Eldəniz Cəfərov qeyd edib ki, yol hərəkəti qaydalarını bilərəkdən pozan sürücülərə qarşı ciddi tədbirlər görülməlidir. 

 

"Dəfələrlə eyni qanun pozuntusu edən sürücülər var. Sürət həddini aşan, manevr qaydalarını pozan, dəfələrlə dönmə işığını yandırmayan sürücülərin sürücülük hüququndan müvəqqəti olaraq kənarlaşdırılmalıdır".

 

Ekspert eyni zamanda qeyd edib ki, piyadalarla bağlı da sərt tədbirlər görülməlidir. 

 

"Biz müşahidə edirik ki, artıq elə piyadalar var ki, ümumiyyətlə yol hərəkəti qaydalarına saymazyana yanaşır. 6-8 zolaqlı yollarda, qadağan olunmuş yerlərdə, magistral və sürətli yollarda yol keçən piyadalar var ki, bir növ "intihar edirlər". Həmçinin belə piyadalar sürücülərə də problem yaradırlar, iqtisadiyyata da zərər verirlər. Piyadaların törətdiyi qayda pozuntularına görə cərimələr yüksəldilməlidir".

 

Aynur Babayeva